Loading...
Loading...
ÖLKƏ

Səlim Müslümovun Zərdabdakı kadrından prezidentə şikayət olundu: “Deyir ki, şikayətin xeyri yoxdu, arxamda nazir dayanıb…” – Savash.org


Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub. Şikayətçi qeyd edir ki, bir müddət öncə DSMF-nin Zərdab rayon şöbəsinin rəisi Canpolad Vəliyevin qanunsuz əməlləri barədə etdiyi şikayətdən sonra özünə və ailəsinə qarşı təzyiqlər başlayıb. Zaur Əbülhəsənlinin iddiasına görə, DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev əlaltıları vasitəsilə onu həbs etdirəcəyi ilə hədələyir.
“Ümüd edirdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov harınlamış məmur Canpolad Vəliyevi cəzalandıracaq, ancaq əksinə oldu, indi o, məni həbs etdirməklə hədələyir. Sonra mənə məlum oldu ki, Canpolad Vəliyev kasıb-kusubun qanını sovurub əldə etdiyi kapitalın müəyyən faizini Nazirliyə verirmiş. Elə buna görə də bizim ailəyə söz göndərib ki, sənin özünü həbs etdirəcəm şikayət etməyinin xeyri yoxdur, mənim arxamda nazirlik dayanır. Mən bir daha mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, bizə kömək etsin, yataq xəstəsi 1-ci qrup əlil qaraşım Fəridin pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta qanunsuz fəaliyyətini ciddi araşdırıb, onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq versin”
Şikayətçi bildirir ki, anadangəlmə şikəst, 1-ci qrup əlil və yataq xəstəsi olan qardaşı Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldılmasına etiraz olaraq yazdığı şikayət ərizələrinə görə DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev ona qarşı məhkəmədə iddia qaldırıb və 5000 manat təzimat tələb edir:
“Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığım şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna xələl gətirmişəm.Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla 1-ci qrup əlilldir və yataq xəstəsidir.Yeriyə bilmir, güclə danışır. Danışanda da nitqini başa düşmək olmur.Çox acənacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq. Atam 20 il əvvəl vəfat edib. Qoca anam, iki azyaşlı uşağım, həyat yoldaşım bir də yataq xəstəsi olan əlil qardaşım bir yerdə uçuq-sökük daxmada yaşayırıq. Ailəmizdə heç kəs işləmir”.
Savash.org xatırladır ki, qarşı tərəfi də dinləməyə və mövqeyini işıqlandırmağa hazırdır.
Orxan





Savash.org

Gözdən qaçırmayın:  Sberbank Avropa bazarını tərk edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button