2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sən heç kimsən, adın da heç nədir!

2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban qadınlara çoxlu qadağalar qoyub.

Xarici medianın məlumatına görə, Taliban hakimiyyətə gəldikdən qısa müddət sonra “Qadınlar Nazirliyi”ni ləğv edib.

2021-ci ilin sentyabrında onun yerinə “Xeyirə Dəvət və Şərdən çəkindirmə Nazirliyi”i yaradılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qadınların televiziyada görünməsinə məhdudiyyətlər qoyulub, Xeyirə Dəvət və Şərdən çəkindirmə Nazirliyinin 2021-ci ilin noyabr ayında açıqladığı qaydalara əsasən, televiziya kanallarında yayımlanan qadın aparıcılara ekranda hicab taxmaq əmri verilib.

Qadın aktrisaların iştirak etdiyi serial və teatr səhnələrinin, İslam prinsiplərinə və Əfqanıstan qanunlarına zidd olan film və serialların yayımlanmaması tələb olunub.

Xeyirə Dəvət və Şərdən çəkindirmə Nazirliyi 2021-ci ilin dekabr ayında qadınların kişi qohumu olmadan 72 kilometrdən çox məsafə qət etmələrini qadağan edib.

Bəyanatda nəqliyyat vasitələri sahiblərinə yalnız hicablı qadınlara xidmət göstərilməsi çağırışı edilib.

Həmçinin nəqliyyat vasitələrində musiqi dinləməmək göstərişi verilib.

Qızlar məktəbə gedə bilmirlər.

Taliban hakimiyyətə gəldikdən sonra məktəblər uzun müddət bağlı qalıb.

Martın 23-də qızların orta məktəb və liseylərə qayıdacaqlarını elan edən Taliban, təhsilin başlamasına saatlar qalmış geri çəkilib.

Milli Təhsil Nazirliyi qızlar üçün “şəriət qanunlarına, əfqan mədəniyyət və ənənələrinə uyğun forma” hazırlamadığını açıqlayıb.

Qeyd olunub ki, forma dizaynı hazırlandıqdan sonra qızların məktəbə getməsinə icazə veriləcək.

Universitetlərdə birgə təhsil də ləğv edilib.

Bundan əlavə, qadınların kişi müəllimlərdən dərs alması dayandırılıb.

Qadınlar işlərini itiriblər.

Taliban rəsmisi Vahidullah Haşimi 2021-ci ilin sentyabrında bildirib ki, kişilər və qadınlar birlikdə işləyə bilməzlər:

“Biz Əfqanıstana şəriət qanunlarını gətirmək üçün 40 ilə yaxın mübarizə apardıq. Şəriət qadın və kişinin bir dam altında görüşməsinə və ya oturmasına icazə vermir. Kişi və qadın birlikdə işləyə bilməzlər. Qadınlar idarələrimizə gəlib nazirliklərimizdə işləyə bilməzlər”.

Taliban hakimiyyəti ələ keçirdikdən sonra ölkədə on minlərlə qadın işini itirib.

Xeyirə Dəvət və Pislikdən çəkindirmə nazirliyi qadınların “çadra örtüyünün” məcburi olduğunu açıqlayıb.

Qadınlardan ya əfqan ənənəsi olan burqa, ya da bədənlərini tamamilə örtən qara çadra geyinmələri tələb olunub.

Qara çadra geyən qadınlar naməhrəm biri ilə qarşılaşdıqda üzlərini örtsünlər və yalnız gözlərini açıq qalsın.

Qaydalara əməl etməyənlərin ilk növbədə “ailə başçılarına” xəbərdarlıq ediləcək.

Xəbərdarlığa məhəl qoyulmasa, “ailə başçısı” 3 sutka həbs cəzası alacaq.

Ailədəki yetkin qadın hələ də “örtünmür”sə, ailə başçısı məhkəməyə çıxarılacaq.

24 saat” “Sən heç kimsən, adın da heç nədir!” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button