AZ24SAAT.ORG

Now Reading:
Sən kimsən, Zakir Fərəcov və ya Sumqayıtı necə şumlayırlar…

 

Bəri başdan deyim ki, köhnə Sumqayıt sakinlərinin mütləq əsəriyyəti bu fikirdədir ki,gənclik şəhəri Sumqayıtın əvvəldənrəhbərcəhətdənbaxtı gətirməyib. Sumqayıt şəhərində ilk partiya komitəsinin rəhbəri Kamran Hüseynovdan sonra bu şəhərə 12-cü rəhbər Təvəkkül Məmmədov gəldi. İstər T.Məmmədov, istərsə də ondan sonra icra başçısı olan Vaqif Əliyev uzun illər işsizlikdən əziyyət çəkilən şəhər sakinləri üçün yeni iş yerləri açmaq əvəzinə, əksər həmkarları kimi bu sahədə heç bir iş görmədilər. Onlar, nəinki yeniiş yerləri açmadılar,hətta, şəxsi tamahları ucbatından yeni iş yerlərinin açılasının qarşısını aldılar. İndi bütün rayonlarda olduğu kimi ,Sumqayıt rəhbərliyi də şəhərin büdcəsini geninə- boluna çapıb taladı, səkiləri, boş yerlərdə qalan torpaqları, küçələri,parkları hərraca çıxartdı.Sizcə, bu işdə onlara ən çox kömək göstərən kim oldu?

Bələdiyyə,yoxsa, pulyığan?

Əlbəttə ki, vaxtilə şəhər mənzil fonduna rəhbərlik edən, daşdan da pul çıxarmağı bacaran , Sumqayıt şəhər bələdiyyəsinin sədri Zakir Fərəcov. Bələdiyyə sədrinin iştahası o qədər böyük oldu ki, o, dövlət torpağı, şəxsi mülk bilmədən hər şeyiözü üçün pula çevirməyə başladı. Şəhərin köhnə sakinləri,elə indiki nəsl də Z.Fərəcovunşəhərdə inid yox,həələ bələdiyyə sədri olanda nələr törətdiyini,pul xatirinə hansı oyunlardan çıxdığını sübut edən saysız hesabsız misallar gətirə bilər.Biz isə ,hələ ki,bunlardan ancaq bir neçəsini diqqətinizəçatdırırıq. Çünki,silsilə yazılarda yazılan və yazılmayan məsələlərə hüquqi qiymət vedilməsi ölkə rəhbərliyinin,hüquq mühafizə orqanlarının,məhkəmənin işi olacaqdır.

Xəyallarda qurulan mikrorayon

Bilənlər bilir,bilməyənlər də bilsin ki, Azərbaycan hökumətinin 1998-ci il tarixli qərarından sonra bütün torpaqlar yeni yaradılan bələdiyyələrə verildi. 2000-ci ildən başlayaraq Sumqayıt şəhərində də yüksüz torpaqlar bələdiyyələrin ixtiyarına verilmişdi. Hələ 1988-ci ildə təsdiq edilmiş Sumqayıt şəhərinin Baş inkişaf planına uyğun olaraq 21-ci mikrorayon salınması üçün nəzərdə tutulan yer Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansından geri alınaraq Sumqayıt şəhər İcraiyyə Komitəsinin balansına verilmişdi.Hətta, bu ərazidə yolların və yeraltı kammunikasiyaların inşasına da başlanmışdı. Baş küçə boyu kanalizasiya xəttləri , yüksək gərginlikli enerji xətləri çəkilmiş, yarımstansiya tikilmişdi və s.Torpaqlar bələdiyyələrə verilən kimi Sumqayıtın rəhbərliyinin xeyir duası ilə bələdiyyə sədri Z.Fərəcov həmin torpaqların bazar qiyətini müəyyənləşdirdi və şəhərdə pulu olan adamlar arasında bölüşdürməyə başlandı. Yaşayış binalarının tikintisi üçün nəzərdə tutulmuş torpağın əsas hissəsi “zəbt edilmiş torpaqlar “ adı altında mənimsənildi.Bu tam qanunsuz əməliyyatlar nəticəsində mikrorayon tikilməsi məqsədi ilə ayrılmış 25 hektar torpaq ayrı-ayrı şəxslər arasında bölündü. İndi bu torpağın xeyli hissəsində Z.Fərəcova , yaxın qohumlarına məxsus xeyli sayda villalar ucaldılmışdır. Sözsüz ki, bu “qapazlama ” əməliyyatında şəhər rəhbərliyi yaxşı qazanc götürdü , hər bir bələdiyyə üzvü isə özünə bir neçə torpaq sahəsi qamarladı .Hətta,iş o yerə çatdı ki, bələdiyyə sədri Z.Fərəcovun birbaşa iştirakı ilə qanunsuz satılan eyni torpaqlar bəzən bir neşə nəfərin adına rəsmiləşdirildi . Beləliklə də,uzun illərişsizlikdən,evsizlikdən əziyyət çəkənSumqayıt şəhər sakinləri dövlətdənyeni mənzillər,ən vacibi, yeni iş yerləri gözlədikləri bir vaxtda ,25 ha ərazisi olan mikrorayon torpaqlarıbələdiyyə sədri Z.Fərəcovun əsl qazanc mənbəyinə çevrildi. Sizin fikrinizcə , dövlət səviyyəsində həyata keçirilən bu zəpt etmə, fırıldaq necə baş verdi? Çox sadə.

“ Zəbt edilmiş “ torpaqlar…

Əslində , heç bir metri də zəbt edilməmiş ,əksinə, gələcək mikrorayonun torpaq sahəsindəəvvəllərolmuş bəzi vətəndaşlara da başqa ərazilərdə torpaq sahəsi verilməsinə baxmayaraq, şəhər sakinlərinin böyük ümidlə gözlədiyi mikrorayon salınmamış, onun bütün torpaq sahəsi pay-püşk edilmişdi. Təkcə bu “sadə”əməliyyatdan, birbaşa dövlət təyinatlı torpaq sahəsinin satılmasından Z.Fəfəcov həm özü külli miqdarda qazanc götürmüş ,həm də yuxarıları “bəs”deyənə qədər yedizdirmişdir.Hələ bu harasıdır ? Bundan sonra damaraqlı , qeyri-adi hadisələr baş vermişdir. Bu işin qeri-adiliyi də ondan idi ki, Z.Fərəcovun xüsusi pul qoparmaq bacarığını nəzərə alan yuxarıdakı havadarları onu daha yüksək vəzifəyə- Abşeron rayon İcra Hakimiyyətinə başçı təyin etdirə bilmişlər. Ondansonra Sumqayıt şəhərinə bələdiyyə sədri gələn Əbülfəz Babayev də boş bekar oturmamışdır.

Oğrudan oğruya…

Ə.Babayev ilk əvvəl ondan başlayıb ki,Z.Fərəcovun bir çox vətəndaşlara satdığı torpaqlar haqqında olan sərəncamları ləğv etmişdir. Sözsüz ki,yeni sədr də bu torpaqların bir hissəsini özü,qohum əqrabələri arasında bölüşdürmüşdür. Heç də bununla kifayətlənməyən yeni bələdiyyə sədri Z.Fərəcovun satdığı torpaqlarla bağlı materialları da Sumqayıtşəhər prokurorluğuna vermişdir. Ona da Z.Fərəcov deyərlər. O, nəinki,məsələni D.Zeynalovun rəhbərlik etdiyi Sunqayıt şəhər prokurorluğunda boğmuş,hətta ,yenidən Sumqayıt şəhərinə icra başçısı gələndən sonra birinci işi- bələdiyyə sədri Ə.Babayevin materiallarını Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsini göndərmək olmuşdur . Bax belə.
“ İstiqlal “ da belə getdi…İndi də Z.Fərəcov-V.Əliyev cütlüyünün törətdiyi daha bir qanunsuz əməl- cinayət haqqında yazmağın vaxtıdır. Sumqayıt sakinləri yaxşı bilirlər ki, vaxtilə 10-cu mikrorayonla 13- cü mikrorayon arasında,yolun kənarında 4 hektara yaxın torpaq sahəsi var idi. Sovetlər dönəmində bu sahədə ona görə heç bir əsaslı tikinti aparılmamışdı ki, bu torpağın altından iri ölçülü su boruları, komunikasiya xətləri keçirdi. Bələdiyyənin əli ilə Sumqayıtı metr-metr şumlayano vaxtkı icra başçısı V.Əliyevin təyinatına qədər bu ərazi sakinlər üçün istirahət yeri kimi,daha dəqiqi “İstiqlal “ parkı kimi nəzərdə tutulmuşdu. Z.Fərəcovbaşqa yerlərdə olduğu kimi ,çox keçmədi bu yerin də axırına çıxdı.Halbu ki, lap əvvəldən bu yerin layihəsi hazırlanmış,ərazı çox da hündür olmayan hasara alınmış , xeyli miqdarda ağaclar da əkilmişdi. Sonrakı hadisələr bir daha göstərdi ki, Z.Fərəcova park yox, pul lazımdır. O, park kimi abadlaşdırılması nəzərdə tutulan 4 hektar yerin qanuni sənədlərini gizlədərək cüzi bir ödəmə ilə o yerin də fatihəsini verdi . Onun pul hərisliyinin nəticəsi olaraq qeyd edilən yer ev, iaşə obyektləri tikmək üçün küllü miqdarda pula satılmış, beləliklə də su boruları üstündə , yanında şadlıq evləri, yaşayış evləri, marketlər tikilmişdir.Yeri gəlmişkən,bir sıra mikrorayon sakinlərinin də dediyi kimi, yerin bir hissəsində ,Sumqayıt şəhərində ən iri ticarət mərkəzi hesab olunan Hiper Markettikilmişdir ki, bu da Z.Fərəcova məxsusdur vəbu gün şəhəri talayan yaxın qohumlarının adına sənədləşdirilmişdir.Beləliklə, qaz vurub qazan dolduran bələdiyyə sədri Z.Fərəcov daha yüksək vəzifəyə, Abşeron rayonuna icra başçısı təyinatı aldı .

Niyə “zəbt “ əməliyyatına qiymət verilmədi?

Sizcə, Z.Fərəcovun “zəbt “ planı hüquq mühafizə orqanlarının gözdən yayındımı? Əsla yox ! Əlbəttə, qanunlara qalsaydı, belə əməllərə görə onu,eləcə də ona xeyir dua verən icra başçısı V.Əliyevi böyük fəlakət gözləyərdi. Fəlakət gəldi də,lakin bu fəlakəti pulla ört basdır edildi.

Zəruri haşiyə…

Bu yerdə bir məsələni də vurğulamağı vacib hesab edirəm. Əlbəttə, uzun illər YAP hakimiyyətinin idarəçilik metodu hamıya bəllidir.Təm-təraqla vəzifəyə təyin edərlər,illərlə belə başa bəla başçılara ,bələdiyyə sədrlərinə hər cür geniş imkanlar yaradarlar.Onlar da arxayın-arxayın sökər , yerləri satıb sovurar, min fırıldaqla insanların mallarını , mülklərini əllərindən alır, əlində 3-5 manat olan sahibkarların da anasını ağladarlar. Bu mənada Z.Fərəcovun da hüdudsuz səlahiyyətləri, xeyli sərvət toplaması, saysız hesabsız obyektlərə, mənzillərə sahib olmasıindiki şəraitdə elə də təəccüblü deyildir. Təəccüblü olan odur ki, nə qədər belə şəxslər çox yüksək vəzifədə- hakimiyyətdədir, onlara güldən ağır söz deyən olmur. Hətta, zamanında ən ağır cinayətlər törətsələr belə, özündən yuxarıda oturanlara, eləcə də, hüquq mühafizə orqanlarına müəyyən “hörmət “ müqabilində onlara“ gözün üstə qaşın var” deyən olmur. Halbu ki, bu şəxsin- Z.Fərəcovun istər bələdiyyə sədri olanda, istər Abşeron rayon icra hakimiyyətinin başçısı olanda, istərsə də indi Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olanda şəxsi mənafe naminə saysız hesabsız qanunsuz əməlləri hələ ki, cavabsız qalır. Bunlar azmış kimi,Z.Fərəcovun hələ beş ölüm hadisəsində də adı hallanır. Mən 100 faiz iddia etmirəm ki, bu qətl hadisələrində onun birbaşa əli vardır .Lakin, 100 faiz iddia edirəm ki, o, bu qətllərdən ətraflı məlumatı olan ən mühüm, hətta, ən birinci çəxslərdən biridir…

Qətlə aparan yol və yaxud Əvəz Hüseynquliyev niyə öldürüldü?

Açılmamış qətl …
Əlbəttə , biz Z.FərəcovunSumqayıt şəhərində bələdiyyə sədri , Abşeron rayonunda 10 il icra başçısı , 2015-ci ilin sentyabr ayından isə Sumqayıt şəhərində icra başçısı olduğu vaxtlarda törətdiyi çoxsaylı qanunsuz əməlləri haqqında yazacağıq. Lakin, onun adı hallanan qətl hadisələri haqqında ilk növbədə yazmağı daha vacib bilirik. Beləliklə, müxtəlif vaxtlarda, müxtəlif rayonlardan gəlib Sumqayıt kimi gənclik şəhərini yaradan insanlar xeyriyyəçi kimi tanınan Əvəz Hüseynquliyevin hələ də açılmamış qətlinin 10-cu ilini yaşayırlar. .

Əvəz Hüseynquliyev kimdir?

Mərhum Ə.Hüsenquliyev Qubadlı rayonunun işğalından əvvəl bu rayonda kolxoz sədri , sonradan isə rayon Dövlət sosial müdafiə mərkəzinin rəhbəri işləmişdir. Ə. Hüseynquliyev 1995-ci ilin əvəlindən Qubadlı rayonuna icra başçısı təyin edilmiş , 8 sentyabr 2001-ci il tarixə qədər bu vəzifədə çalışmışdır . Burada bir haşiyə çıxaraq qeyd edim ki, onun vəzifədən çıxarılmasının başlanqıc prosesi hələ 6 noyabr 1998-ci ildə qoyulmuşdur. Belə ki, o vaxt Nazirlər Kabinetinin geniş tərkibli iclasında prezident H.Əliyev onun haqqında bir sıra kəskin fikirlər səsləndirmiş, Ə.Hüsenquliyev isə özündə cəsarət taparaq haqqında deyilənlərlə razılaşmamışdır. Prezident H.Əliyev o iclasda demişdir ki, “ Qubadlı rayon icra hakimiyyətinin başçısı haqqında hələ bir neçə ay bundan öncə məlumatlar gəlmişdi və yoxlamalar aparılmışdır.Yoxlamalar təsdiq etmişdir ki, orada yenə dövlət vəsaiti dağıdılıbdır. O vaxt mən dedim ki, bəlkə özü üçün nəticə çıxarar.” Bu zaman gözlənilməz hadisə baş vermişdir. H.Əliyevin təcrübəsində, bəlkə də ilk dəfə, icra başçısı özündə cəsarət taparaq yerindən qalxaraq bu deyilənlərlə razılaşmamış və prezidentə müraciətlə demişdir ki, “ Cənab prezident, mən qətiyyətlə, cəsarətlə deyirəm, sizin qarşınızda başımla cavab verirəm ki, bu faktlar düzgün deyil… Mən xahiş edirəm, bu iş ciddi yoxlanılsın. Düzgün olsa, mən sizin qarşınızda başımla cavab verirəm.” Bu epizodu nəyə görə xatırladığımı sonradan biləcəksiniz. Son illər isə Sumqayıt şəhər Bağlar idarəsinin rəhbəri olmuşdur . Sumqayıt əhalisi, xüsusən də, Qubadlı camaatı onu sözü bütöv, hamıya əl tutmağa çalışan xeyriyyəçi ağsaqqal kimi tanıyır və ehtiramla yad edirlər.

Batmış qan…

5 fevral 2009-cu ildə Ə.Hüseynquliyevin meyidi Sumqayıtda “Qurd dərəsi “ deyilən ərazidə, bağ evində aşkarlanmışdır. İlkin məlumata görə, o, özünü ov tüfəngi ilə qətlə yetirmişdir. Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdır. Ə.Hüseynquliyevi tanıyanlar qəti əminliklə bildirirlər ki, o,heç vaxt özünə əl qaldırmazdı, onu öldürüblər. Fakt odur ki, onun qanı batmışdır. Halbu ki, önun qətli ilə bağlı müxtəlif versiyalar möcuddur ki, bunların da hüquq mühafizə orqanları tərəfindən düzgün araşdırılması ciddi şübhə doğurur. Ən azından ona görə ki, baş vermiş bu hadisənin əsas səbəbi bilərəkdən və yaxud, bilməyərəkdən istintağın gedişində aşkar edilməmişdir.Bu da öz növbəsində cinayəti törətmiş şəxslərin hüquqi məsuliyyətdən kənarda qalmasına səbəb olmuş, özünü öldürmə ehtimalı əsas götürülmüşdür. Ə.Hüseynquliyevi tanıyanların sözlərinə görə, onun ölümünün səbəbləri birbaşa yaxın ətrafı ilə bağlıdır.Yuxarıda qey etdiyimiz kimi, Ə.Hüsenquliyev xaraktercə qorxmaz , həm də nikbin bir insan olmuşdur və heç vaxt özünü öldürə bilməzdi.
Sübutlar nə deyir? Məlumata görə, güllə gilizinin yerə düşməsi də Əvəz müəllimin öldürülməsini təsdiq edir. Bir qayda olaraq, ov tüfənglərində giliz əl ilə çıxarılır. Hadisə baş verdiyi yerdə isə boş giliz yerdə, tüfəngdən çıxarılmış halda olub. Öz başına atəş açan insanın tüfəngi açaraq gilizi çıxarması isə qeyri-mümkündür. Hətta, bir versiyaya görə hadisə zamanı bağ qonşusu qışqıraraq “ bunu öldürdülər” deyə haray salıb. Yazılanlara əsasən, sonradan ,o, istintağa verdiyi ifadəsində özünün dediklərini boynundan atmışdır. Belə bir hal olmuşdursa, deməli bu, kənar təsir vasitəsi ilə mümkün olmuşdur. Biz bu faktları dəqiq deyə bilməsək də, mərhumun ailəsinə, oğluna kənar təzyiqlərin olmasına şübhə yoxdur. Əks halda, onlar bu cinayətin açılmasında maraqlı olardı, çəkinmədən hər şeyi deyərək günahsız bir insanın qanın batmasına yol verməzdilər . Bu da həyatın acı təzadlarından biridir ki, övlad atasının qatillərinin tapılmasında elə də maraqlı görünmür, halbu ki, valideyin heç vaxt övladının qanının batmasına susmazdı…

Qətlin səbəbi nə olub?

Bir ehtimala görə, ortada külli miqdarda pul söhbəti olub. Guya , Ə.Hüseynquliyev hansısa bir rayona icra başçısı getmək üçün öz yaxın ətrafinda ( ətrafa kimlərin daxil olduğu hüquq mühafizə orqanlarına yaxşı məlumdur) hakimiyyətə yaxın olan adama 500 min manat pul verib, amma, pul yeyilib, iş düzəlməyib. Onun bütün cəhdlərinə baxmayaraq, verdiyi pulu geri ala bilməyəb və nəticədə öldürülüb. Onu da xatırladaq ki, mərhumun ən yaxın ətrafına daxil olan şəxslərdən biri deputat, biri Z.Fərəcov ,eləcə də bir neçə digər şəxslər olmuşdur. Bu da acı bir həqiqətdir ki, əksər hüquq mühafizə orqanları rəhbərlərinin bacarıqsızlığı, bir sıra hallarda isə, öz şəxsi maraqları naminə belə cinayətlər açılmamış qalır. Halbu ki, hadisədən xeyli vaxt keçməsinə baxmayaraq bu tip, xüsusən də, bu cinayətiin açılması mümkündür və bu iddiaya görə istənilən aidiyyəti dövlət orqanı rəhbərlərinə zəmanət verirəm. Daha bir ehtimal mövcuddur ki, Ə.Hüseynquluyev gələcəkdə boşalması gözlənilən yerə- Abşeron rayon icra haimiyyəti başçısı yerinə hazırlaşır, vəzifəyə getmək istəyən bəzi imkanlı şəxslərdən pullar da qəbul edir. Hətta, belə pulların alınasında , keçmiş Saray bələdiyyə sədri,rəhmətlik Ənvər Piriyevin də adı hallanır.Yeri gəlmişkən,belə söhbətlər də vardır ki, Z.Fərəcovun israrlı təkidindən sonra Ə.Piriyev Beynəlxalq bankdan 200 min manat kredit götürüb ona vermiş, sonradan ödəyə bilmədiyinə görə infakt keçirmiş, bir müddət sonra isə rəhmətə getmişdir. Mənim qənaətimə görə, Ə.Hüseynquliyevin yüksək vəzifəyə getmək üçün yaxın dairəsindəki insanlara külli miqdarda pul verməsi və sonradan pulu geri ala bilməməsi ölümün əsas səbəblərindən biridir. Ə.Hüseynquluyevin bankdan külli miqdarda kredit götürməsi isə dolayısı ilə təsdiq edilir. Bu kredit barədə “Azadlıq” radiosunun 16 mart 2011-ci il tarixli materialında geniş yazılmışdır.

“Texnikabank”dan 1 milyon 200 min manat kredit

Sumqayıt şəhər məhkəməsində Qubadlı köçkünü Seyfəli Familbəyli və dayısı Lətif Əhmədovla “Texnikabank” ASC-nin Sumqayıt filialına qarşı iddiaya baxılıb. Adına kredit rəsmiləşdirilən Seyfəli Familbəylinin məhkəmədə verdiyi ifadəyə görə, Qubadlının keçmiş icra başçısı Əvəz Hüseynquliyevlə “Texnikabank”ın Sumqayıt şəhər filialının rəhbəri onun etibarından istifadə edib onun adına bir dəfə 450 min manat, ikinci dəfə 600 min ABŞ dolları məbləğində pul krediti götürüblər. Hakim Ş.Nəcəfovanın “ Banka gedib ərizə ilə müraciət edərək orada kredit müqaviləsi bağlamısınızmı ?” sualına S.Familbəyli “Xeyr “ cavab vermiş, hadisəni olduğu kimi danışmışdır. O, qeyd etmişdir ki, “ Rəhmətlik Əvəz dayı mənə zəng elədi, unuversitetdə idim. “Texnikabank”ın həyətinə çağırdı, orada görüşdük, danışdıq, dedi ki, sənin adına bankdan pul krediti götürüləcək. Ailəmizin ağsaqqalı olduğuna, etibar etdiyimizə görə mən nə qədər və hansı məqsədə pul götürülməsi ilə maraqlanmadım, getdik notariat kontora, dayıma məxsus şadlıq evini girov qoyduq . S.Familbəyli məhkəmədə deyib ki, adına kredit pullar götürülərkən 1-ci kurs tələbəsi olub. Ə.Hüseynquliyev onu sonralar bir neçə dəfə banka aparıb və o, bankda müəyyən sənədlərə imza atıb. Lakin imzaların çoxunun ona məxsus olmadığını bıldirib.

Yarımçıq istintaq…

Bəli, bu faktlar Ə.Hüseynquliyevin ölümündən təxminən 2 il sonra səsləndi. Halbu ki, qətlin törədilməsində əsas olan bu fakt onun ölümündən dərhal sonra istintaq orqanlarına məlum olmalı idi, bəlkə də, məlum idi. Bu da tam kifayət edirdi ki, qətlin sifarişçiləri , səbəbkarı dərhal qadallansın,cinayət məsuliyyətə cəlb edilsin. İstintaq isə,təəssüf ki, bunu etmədi,edə bilmədi,bəlkə də, etmək istəmədi…

(Ardı var)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.