Now Reading:
Sən kimsən, Zakir Fərəcov və ya Sumqayıtı necə şumlayırlar -II yazı

Yazının əvvəlini buradan oxuya bilərsiniz

Əvvəldən  qeyd etdiyimiz kimi, havadarları, çoxlu sayda  torpaqlar, mülklər bağışladığı  iqtidar sahiblərinin  dəstəyi ilə Z.Fərəcovun törətdiyi əməllərin, özbaçınalıqların sayı hesabı yoxdur. Bu özbaşınalıqlar o həddə çatmışdır  ki, nəinki özünün ağalıq etdiyi ərazilərdə,hətta , rəhbərlik etdiyi inzibati əraziyə daxil olmayan rayonlarda  da  hökmranlıq edir, cəzalar tətbiq edir. Bir müddət  öncə onun  Novxanı ilə Sumqayıt arasında  törətdiyi qoçuluq da çoxlarının yadından çıxmayıb.Azərbaycanın vahid  inzibati ərazi  xəritəsinə uyğun olaraq  bu iki məntəqə  arasında, dənizkənarı hissədə  Binəqədi rayonuna aid  müəyyən sahəsi də  mövcuddur.Buna baxmayaraq, Novxanı ilə Sumqayıt ərazisinin dənizkənarı  hissəsinin yanındakı çimərlik ərazisini də  tam ələ keçirmək məqsədi ilə Z.Fərəcov burada “ Sumqayıt “  yazılan guşə yaratmış , bununla da  Binəqədi rayon ərazisini  faktiki zəbt etmişdir.Buna imkan vermək istəməyən Binəqədi icra hakimiyyətinin sabiq rəhbərliyi “Sumqayıt” yazılan  lövhəni oradan çıxarmış,  özünün qanuni ərazisini bərpa etmək istəmişdir. Sizcə, Z.Fərəcov buna necə reaksiya vermişdir? Çox sadə, onun tapşırığı ilə hadisə yerində olan Binəqədi icra hakimiyyəti  başçısının müavini ,işçilər  zorla maşına basılaraq Sumqayıt  şəhər polis idarəsinə aparılmış,bir müddət orada  həbs edilmişlər.

Başqa bir misal.  Z.Fərəcov Binə bələdiyyə sədri (əslində,bu ərazi Sabunçu rayonunun ərazisidir) Babaxana qarşı iddia irəli sürmüş,  pul istəmiş, o da verməmiş, hətta, Z.Fərəcovu söymüşdür.Buna cavab olaraq Z.Fərəcov  müxtəlif  bəhanələrlə  onu şərlərək tutdurmuş və o hal-hazırda da zindandadır. Nə isə,yenə keçək ölüm  hadisələrinə:

  Daha bir ölüm…

Əvvəllər,yəni, sovetlər dönəmində  komsomolun  birinci katibi olmuş, sonra isə  Qobu qoyunçuluq  sovxozunun direktoru  işləmiş Balağa adlı şəxs də Z.Fərəcovun qəzəbinə tuş gəlmişdir.Tələb edilən pulu vermək istəməyən  Balağa  şərlənərək həbs edilmiş, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkmiş, çıxdıqdan bir az sonra  isə rəhmətə getmişdir.

 Daha bir ölüm…

3 avqust  2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin  ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a  belə bir məlumat daxil olmuşdur  ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq  məqsədi  ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və  Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək  həbs edilmişlər. İstintaq  müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat  İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarınınqeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.Fəaliyyəti zamanı xidməti işləri  ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında  ciddi narazılıqlar  yaranmışdır.

Baş tutmayan qəsd

İstintağın yazdığına əsasən,2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir. Müəyyən hazırlıq işləri görən M.Ağayev əlavə daha 40 min ABŞ dolları tələb etmişdir.A.Aslanovun əlavə məbləğdə pul verməkdən imtina etməsi cəbəbindən Z.Fərəcova qarşı terror akti baş tutmamışdır.

Sonsuz qəddarlıq…

Bəri başdan qeyd edim ki, şəxsiyyət əleyhinə törədilən qəsdləri,terror aktlarını  birmənalı olaraq qətiyyətlə  pisləyirəm və berə hərəkətlərə görə qanunla nəzərdə tutulmuş   sərt tədbirlərin  tərəfdaram.Bununla belə,bu cür  hallarda qisasçılığın da ən sərt formada tətbiq edilməsini doğru hesab etmirəm.Bəli, indiki halda, xoşbəxtlikdən, faciə baş verməmiş, terror  həyata keçirilməmişdir. Ona görə də, belə halda ən sərt cəza növləri seçilməsi cəzanın humanizm prinsiplərinnə uyğun gəlmir, adekvat  deyildir. Təəssüf ki, bir çox hallarda olduğu kimi,bu hadisədə də humanizm prinsipləri arxa plana atılmış, keçmiş milli təhlükəsizlik nazirliyinin  rəhbərliyi  öz qəddarlığını bütün gücü ilə nümayiş etdirmişdir.  Hakimiyyətin hüdudsuz səlahiyyətlər verdiyi və saysız hesabsız cinayətlərinə   göz yumduğu bu  nazirlik  quldur  yuvasına çevrilmiş,onların kəsdiyi başa sorğu sual olmamışdır. Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun  əlaqələri ən yüksək səviyyədə olduğundan  istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir.

Əl əli yuyar…

Məhz  dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün dəməsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə  A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona  11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bu zaman onun ilk dəfə cinayət törətməyə cəhd etməsi, ailə vəziyyəti, eləcə də xəstəliyi nəzərə alınmamış,ömürlük gedər gəlməzə göndərilmişdir.

Ədalət məhkəməsindən  ədalətsizlik.

Çox keçmir,A.Aslanovun  bir sıra xəstəlikləri,xüsusən də böyrək çatışmazlığı şiddətlənir,lakin, müalicəsinə lazımı şərait yaradılmır. Vəziyyəti getdikcə ağırlaşdığından və müalicə müəssisəsində lazımı şərait olmadığından A.Aslanov həftəfdə 3 dəfə dializ olunmaq üçün Mərkəzi Neftçilər Xəstəxanasına aparılır. Vəkillərin çoxsaylı yazılı və şifahi müraciətlərinə baxmayaraq  cəzaçəkmə müəssisəsinin rəhbərliyinin və  məhkəmənin  birbaşa fəaliyyətsizliyi nəticəaində məhkumun vəziyyəti getdikcə ağırlaşmaqda davam edir.  Məhkəmə  humanizm prinsiplərini rəhbər tutaraq belə ağır xəstəni dərhal azad etək əvəzinə, süni surətdə vaxtı uzadır ki, bunun da nəticəsində  iş Avropa Məhkəəsinə qədər gedib çıxaraq icraata götürülür .Lakin…

Qisas qiyamətə qalır…

A.Aslanovun səhhəti ağır olduğu halda, məhkəmə onun barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçir, faktiki onu işgəncəyə məruz qoyur , bununla da göz görə-grə ölümə məhkum edir. Sözsüz ki, belə qəddar münasibətdə tifaqı dağıdılmış nazirlik rəhbərliyinin  də  xofu az  rol oynamır.                                                                                            Beləliklə də  vaxtında zəruri tibbi yardım  ala bilməyən A.Aslanov çox keçmir ki,xəstəxanada dünyasını dəyişir.

Daha bir ölümə qəsd…

Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun  saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır. Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar  İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır.Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına  cəhd edir.Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir. Növbəti dəfə də başçı ilə göüşməyinə imkan verilmədikdə  ,o, əlacsız qalıb  İcra hakimiyyətinin  inzibati binasi ilə üzbəüz  keçərək özünə  “ Vinçester “dən  atəş açır,qarın nahiyyəsindən ağır yaralanır.Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır.  Xırdalan parkının içərisində  vaxtilə  B.Şərifova məxsus  olan kafe  də artıq sökülmüş, yerində müasir tipli 3 mərtəbəli kafe tikilmişdir ki,  bu obyektin də kimə qazanc gətirdiyi aydındır.

Saray bələdiyyəsinin  sədri niyə öldürüldü?     

(Ardı var )

        

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.