Xəbərlər

Sərdar Babayev "Xamneyiyə görə" həbs edilib – C.Şəfiyev

Loading...

Bakı/27.10.21 İlahiyyatçı, maide.az saytının baş redaktoru Sərdar Babayevə (Hacıhəsənliyə) qarşı irəli sürülmüş cinayət ittihamı saxtalaşdırılıb. Bu barədə “Azərbaycan Din Xadimləri” birliyinin üzvü, ilahiyyatçı Cəlal Şəfiyevin bəyanatında deyilir.

O hesab edir ki, Babayevin həbsinin əsl səbəbi maide.az saytında İranın ali dini lideri, ayətullah Əli Əkbər Xameneyinin çıxışlarını və kitablarını dərc etməsidir.

Şəfiyevin sözlərinə görə, Babayev MDB-də Xameneyinin şəxsən əmmamə verdiyi ilk tələbədir. 

Bundan başqa, Babayev şəxsən Xameneyidən müctəhid (islamda din məsələləri ilə bağlı şərh verməyə imkan verən ən yüksək elmi dərəcə) kimi müəyyən dini məsələləri icra etmək üçün icazə alıb.

Şəfiyevin fikrincə,  Babayevi Xameneyinin Azərbaycan-İran münasibətlərində gərginliklə bağlı məlum bəyanatı ilə əlaqədar həbs edilib.

Şəfiyev hesab edir ki, Babayevin həbsi Xameneyiyə qarşı yönəlmiş addımdır.

Babayev oktyabrın 19-da saxlanılıb. Sonradan məlum olub ki, ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət ittihamı irəli sürülüb.

Son bir həftə ərzində daha bir neçə şiə ilahiyyatçı qısa müddətlik saxlanılıb. -06D- 

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button