2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sərnişindaşıma şirkətlərindən nazirliyə müraciət: “Bizə dotasiya verilməyib”

Yayımlandı: 26 Sentyabr 2022 18:46

Qubad İbadoğlu: “Çox güman ki, ictimai nəqliyyatda gedişhaqqı qaldırılacaq”

Bakı şəhəri və ətraf qəsəbələrində sərnişindaşımanın böyük hissəsini həyata keçirən 19 özəl daşıyıcı şirkət İqtisadiyyat Nazirliyinə kollektiv müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciətdə deyilir ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədi ilə ayırdığı 280 milyon manat vəsaitdən onlara hər hansı bir yardım verilməyib.

“Bakıda ictimai nəqliyyatın 81%-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Üç ilə yaxındır ki, avam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial-iqtisadi aktivliyinin və sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub”.

“2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% artırılaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının bahalaşmasının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir”, – müraciətdə deyilir.

Həmçinin bildirilir ki, pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsait onlara verilməyib:

“Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə “həyati vacib sərnişindaşıma sahəsinə” maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin bir hissəsi Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait bizə ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətimizin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Şübhəsiz ki, onun ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi”.

Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını xahiş ediblər.

Eyni zamanda, müraciətdə ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsi və kartla ödənişə keçidin başa çatdırılmasının vacibliyi vurğulanıb.

Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş edərək yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə açıqlamasında bildirib ki, özəl şirkətlərə dotasiyaların ayrılmaması kobud qanun pozuntusudur.

O əlavə edib ki, Azərbaycanda nəqliyyat sisteminin mərkəzləşirilmiş idarə edilməsinə ehtiyac var:

Natiq Cəfərli. Foto: Meydan TV

“Azərbaycanda vahid mərkəzdən idarəetmə konsepsiyası yoxdur. Burada dövlətin dominantlığı var. Bakı Metropoliteni və “BakuBus” MMC dövlət şirkəti olduğu üçün dövlət büdcəsi tətəfindənəsas hədəf onların maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəlib. Amma özəl sektor özü cavabdehdir, avtobusu da özü alıb, təmir etdirir. Özəl sektorlara belə ögey münasibətin olması kökündən yanlışdır. Vahid nəqliyyat sisteminin olmaması da rəqabət mühitnin pozulmasına səbəb olur”.

Ekspert əlavə edib ki, bu ilin sonu, gələn ilin əvvəlində ictimai nəqliyyatda qiymət artımı olacaq.

İqtisadçı Qubad İbadoğlu deyir ki, özəl şirkətlər şikayət etməkdə haqlıdırlar.

Onun sözlərinə görə, sərnişindaşıma üçün ayrılmış 280 milyon manat vəsitin 86 milyon 900 min manatı “Azərbaycan Hava Yolları” QSC-yə, 15,5 milyon manatı Milli Aviasiya Akademiyasına köçürülüb:

“Çox güman ki, ictimai nəqliyyatda gedişhaqqı qaldırılacaq, hazırda hökumətdə müzakirə olunan yeni variantlar 1 gedişin 40 və ya 50 qəpiyə çatdırılmasıdır”.

Qubad İbadoğlu
Qubad İbadoğlu.Mənbə: Meydan TV

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Meydan TV-yə bildirib ki, qiymətlərin yüksəldilməsindənsə, həmin daşıyıcı şirkətlərə müəyyən subsidiyaların ayrılması daha münasibdir:

“Bu zaman dövlət də həmin özəl daşıyıcı şirkətlər qarşısında müəyyən tələblər irəli sürə bilər ki, onlar ictimai nəqliyyatda keyfiyyəti yüksəltsinlər. Daha yüksək keyfiyyətlə xidmət göstərsinlər. Bu ilin sonuna qədər qiymətin artırılması real görünmür”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button