2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Şərq’ qrupuna Rüstəm Muradov başçılıq edir

Rüstəm Muradov 2018-ci ildən Cənub hərbi dairəsi qoşunlarının komandir müavinidir

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qoşunlarının Ukrayna müharibəsindəki “Şərq” qrupuna general-leytenant Rüstəm Muradov başçılıq edir. Onun adı ilk dəfə Müdafiə Nazirliyinin rəsmi məlumatında yer alıb. Nazirlik Müdafiə naziri Sergey Şoyqunun qoşunları təftiş etməsi haqda məlumat yayıb.

Ukraynanın artilleriya sistemlərini vurmaq əmri

“Şərq” qrupu Donetsk istiqamətində hərbi əməliyyatlarda iştirak edir. İndiyədək bu əməliyyatlara kimin başçılıq etdiyi açıqlanmırdı.

Şoyqu təftiş zamanı Donbası Ukrayna tərəfin atəşindən qorumaq əmri verib. Şoyqu özəlliklə Ukrayna ordusunun uzaq məsafəni vuran raket və artilleriya sistemlərini məhv etməyi tapşırıb. Məhz bu sistemlərlə “Donbasda yaşayış məskənləri vurulur, buğda zəmiləri, hətta anbarları qəsdən yandırılır”, – məlumatda deyilir.

İyulun 16-da Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Şoyqu “Cənub” və “Mərkəz” qoşun birləşmələrini təftiş edib. Həmin birləşmələrə general polkovnik Aleksandr Lapin və ordu generalı Sergey Surovikinin başçılıq etdiyi açıqlanıb.

Qarabağda kontingentə də başçılıq edib

Rüstəm Muradov 2018-ci ildən Cənub hərbi dairəsi qoşunlarının komandir müavinidir. O, 2017-ci ildə Suriyada hərbi müşavir işləyib, “Rusiya Qəhrəmanı” adını alıb. Ötən ilin mayınadək Dağlıq Qarabağdakı sülhməramlı kontingentə başçılıq edib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa etsə də, Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Rusiya fevralın sonunda Ukraynaya təcavüzə balayandan dörd gün sonra Muradov Avropa İttifaqının sanksiya siyahısına salınıb.

Müharibənin ilk günlərində paytaxt Kiyevi tuta bilməyən Rusiya qüvvələri Ukraynanın şərqinə fokuslanıb, Donbas regionunu bütünlükdə ələ keçirməyi qarşıya hədəf qoyub. Luqansk vilayəti demək olar, tam tutulandan sonra hazırda Donetsk uğrunda döyüşlər gedir.

24 saat” “
‘Şərq’ qrupuna Rüstəm Muradov başçılıq edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button