ÖLKƏ

Şərurlu İsfəndiyar özünü ölkə prezidentindən də üstün sayır

Tikinti şirkətləri prokurorluq orqanları və məhkəmələrlə əlbir işləyir

Bakı şəhər sakini Şəmsiyyə Qürbətova Ukraynadan vətənə dönəndən problemlərlə üzləşib. Qürbətdə olan var-dövlətini sataraq Azərbaycana gələn Qürbətova aldadılıb. Xətai rayonu ərazisində daşınmaz əmlak alıb. Amma sonradan sənədlər ikili çıxıb. Həmin işlərlə bağlı hazırda onun xeyrinə məhkəmə qətnamələri olsa da həll olunmur. Xırdalan şəhərindən aldığı daşınmaz əmlakla bağlı məsələ daha qəliz olub. Əvvəl başına gələnlərdən nəticə çıxaran Ş.Qürbətova Xırdalan şəhəri Ruhulla Axundov küçəsində “Hasil” MMC-dən aldığı 300 kvadrat metrlik qeyri yaşayış sahəsini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində yoxlatdırıb. Obyektin ilkin sahibi olduğunu öyrənib. Lakin tikintini sonradan “Fateh 2012” şirkəti davam etdirib. İşini ehtiyatlı tutan Qürbətova məhkəməyə müraciət edib.

Abşeron Rayon Məhkəməsi 2019-cu ilin avqustunda qeyri-yaşayış sahəsinin tikilib Şəmsiyyə Qürbətovaya təhvil verilməsi barədə qətnamə çıxarıb. Qanunvericilikdə nəzərdə tutulan müddət bitdikdən sonra məhkəmə qətnaməsi qanuni qüvvəsini alıb. Obyektinin talehi ilə maraqlanan Qürbətovaya bildirilib ki, “Şərur” MTK-nın direktoru İsfəndiyar Axundova müraciət etsin (Şəmsiyyə Qürbətovanın deməsini görə Hasil MMC və Fateh -2012 şrkətlərinin də əsl sahibi İsfəndiyar Axundov olub).

Çünki tikintini hazırda onlar davam etdirir. Şətinliklə də olsa Şərurlu İsfəndiyarın qəbuluna düşən şikayətçi heç də xoş xəbər almayıb. İsfəndiyar Axundov ona bildirib ki, məhkəmə qətnaməsi boş şeydir, mən onu ləğv etdirəcəyəm. Şəmsiyyə Qürbətova onu aldadan Əsgərov Hüseynin həm tikinti şirkətləri, həm prokurorluq, həm də ədliyyə orqanları ilə əlaqəli olduğuna bir daha əmin olduğunu bildirib. Onu müdafiə edən şəxslərin adlarını bir daha dilə gətirib- Korrupsiyaya qarşı İdarənin rəisi general Kamran Əliyev və Prezidentin Mühafizə Xidmətinin rəisi General Bəylər Əyyubov.
Vətəndaş Şəmsiyyə qürbətovanın dediklərini videolentə alaraq zləyicilərimizə təqdim edirik.
Yazı və videoda adları çəkilən şəxslərin mövqe bildirmək haqqı saxlanılır.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Back to top button
Close
Close