Now Reading:
“Şərurlu İsfəndiyar”ın qalmaqalları: milyonluq maşın kolleksiyası, mənzil dələduzluğu və səs-küylü cinayətlər

“Şərurlu İsfəndiyar”ın qalmaqalları: milyonluq maşın kolleksiyası, mənzil dələduzluğu və səs-küylü cinayətlər

Tanınmış iş adamı, bina tikintisi ilə məşğul olan İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) bir mənzili bir neçə nəfərə satması və məhkəmə qərarlarını icra etməməsi ilə bağlı dərc etdiyimiz yazı səs-küyə səbəb olub.

Sumqayıt sakini Tağıyev Füzuli Səfərqulu oğlu 24saat.org-a bildirmişdi ki, İ.Axundov özünün qanunsuz hərəkətləri ilə asan yolla gəlir əldə etmək üçün xeyli sayda alıcıların hüquqlarını pozaraq MTK-nın daxili müqaviləsi ilə bir mənzili səkkiz nəfərə satır .”Onun bu hərəkətləri ilə bağlı uzun müddətdir ki, KİV-də məlumatlar verilir. Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində, Bakı Ağır Cinayətlərə Məhkəməsində və digər orqanlarda onun barəsində araşdırmalar aparılır. Lakin indiyə qədər İsfəndiyar Axundov hansısa dövlət məmurunun himayədərlağından istifadə etməklə Azərbaycan Respublikasının adından çıxan qətnanmənin icrasından imtina edir”.

Yazının dərcindən sonra 24saat.org-a yazan oxucular bildirirlər ki, onlar da İ.Axundovun bu əməllərindən zərər görüblər. Məsələ ilə bağlı məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət etsələr də, hələlik nəticə yoxdur.

Qeyd edək ki, İ.Axundov və oğullarının adı mediada dəfələrlə qamqalda hallanıb. Xüsusilə, “Şərurlu İsfəndiyar”ın oğlunun milyon manatlarla ölçülən bahalı maşın kolleksiyası uzun müddət mətbuatın gündəmində olub. Həmin məlumatlarda qeyd edilirdi ki, “200” seriyalı, dəyəri yüz minlərlə dollarla ölçülən lüks avtomobillərin naxçıvanlı oliqarxın oğlu və qardaşlarının övladlarına məxsus olduğu üzə çıxıb. Naxçıvanlı oliqarxın oğlu Allahverdi Axundov və qardaşı uşaqları öz instagram səhifələrində “200” seriyalı avtomobillərini böyük maraqla nümayiş etdirirlər. Avtomobil kolleksiyası arasında qiyməti 650 min dolardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modelləri yer alır. İstagram səhifələrində Axundovlar ailəsinin üzvləri bahalı avtomobilləri ilə yanaşı lüks həyat tərzlərini də nümyiş etdirir. “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi bir müddət əvvəl universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə gedərkən görüntülənmişdi. Bundan sonra iş adamı mətbuata açıqlamasında xəbəri təkzib etsə də, daha sonra jurnalistlərə qəzəblənərək, “lap elə vertolyotum da var” demişdi.

Naxçıvanlı oliqarxın oğlu bir daha öz avtomobil kolleksiyası ilə gündəmə gəlib. Bu dəfə oliqarx oğlu tək yox, qardaşı və əmisi oğulları ilə birlikdə… Axundovlar öz isntagram səhifələrində 10 VK 200, 10 VV 200, 10 UU 200, 10 EA 200, 10 DR 200, 10 OX 200, 10 OV 200, 10 LN 200, 10 KO 200, 10 VO 200 dövlət nömrə nişanlı avtomobillərinin paylaşıblar. “200” seriyalı avtomobilləri paylaşanların hər biri soyadını Axundov olaraq qeyd edib. Axundovlar ailəsinin toy mərasimlərində “200” seriyalı avtomobillərin kartejini də görmək mümkündür. Axundovlar ailəsinin gənc üzvləri lüks avtomobilləri ilə fotolarını əsasən paytaxtın zənginlər toplaşan məkanlarında, restoranlarda, dəbdəbəli villaların qarşısında çəkdirirlər.

Qeyd edək ki, “Şərurlu İsfəndiyar”ın adı mətbuatda daim qalmaqallar da hallanıb. Bakıda tikinti sektorunda geniş paya sahib olan Axundovun şirkətlərində dəfələrlə sakinlərə məxsus mənzillərin bir neçə nəfərə satılması, alqı-satqı işləri zamanı vətəndaşarın aldadılması məsələsi gündəmə gəlib.

Yada salaq ki, İ.Axundovun oğlu Şahin Axundov isə 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbaran ettməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi.

2015-ci ildə “Beynəlxalq Bank”ın rəhbəri Cahangir Hacıyev həbs edilən zaman, bankdan külli-miqdarda kredit götürərərk qaytarmamağa görə həəbs edilən iş adamları arasında İsfəndiyar Axundovun olduğu da bildirilirdi. Yayılan məlumatlarda qeyd edilirdi ki, İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb və 5 gün bu idarənin təcridxanasında keçirib. Onun banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunduğu və banklara 100 milyon dollara qədər borcunun olduğu deyilirdi. Ancaq sonradan “Şərurlu İsfəndiyar” bu xəbəri təkzib edərək, həbs edilmədiyini bildirmişdi.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmədə də “Şərurlu İsfəndiyar”ın adı hallanmış, zərərçəkənlər onun məhkəmə istintaqına cəlb edilməsini tələb etmişdilər. Bu cinayət işində də bir mənzilin bir neçə nəfərə satılması araşdırılırdı.

Bundan başqa, İ.Axundov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə istintaqa cəlb edilmiş və şahid qismində dindirilmişdi.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.