Loading...
Loading...
SEÇMƏ

Səsi batan “müstəqillik” təranələri

Sentyabrın 2-də Xankəndində 44 günlük müharibədən sonra davam edən pessimist əhval-ruhiyyə dəyişmədi, separatçı erməni azlığın “müstəqillik” bəyanatları daha sönük və inamsız təsir bağışlayıb.

Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlılarının himayəsində qalan separatçılar hər il bu tarixi “Artsax respublikası”nın yaranış günü kimi qeyd edirlər. Hər il olduğu kimi, bu il də qondarma qurumun rəhbərliyi hərbçilər və din xadimləri ilə birlikdə Xankəndinin mərkəzində memorial kompleksi və hərbi panteonu ziyarət edib.

Bu barədə separatçıların yaydığı məlumatda tədbirdə “Ermənistandan gələn qonaqların iştirak etdiyi” barədə informasiya diqqət çəkir. Belə məlum olur ki,  avqustun 31-dən etibarən Qarabağa gediş-gəlişi təmin edən yeni Laçın yolunda da “ənənəvi qaydalar” davam edir, Rusiya sülhməramlıları Azərbaycanın razılığı olmadan Ermənistan rəsmilərini Xankəndinə buraxır. 

Separatçıların başçısı Arayik Arutyunyanın kədər dolu “təbrik” bəyanatında da diqqət çəkən bir neçə məqam var. “2020-ci ilin 44 günlük müharibəsi erməni xalqı üçün yeni fəlakətə çevrildi, minlərlə igid oğullarımızın həyatına son qoydu, bir çox taleləri şikəst etdi”, -deyə o bildirir. 

Arutyunyan qeyd edir ki, “artsax”la Ermənistan arasında əlaqə yeni Laçın dəhlizi marşrutu ilə təmin edilir: “Onun təhlükəsizliyi Rusiya Federasiyasının sülhməramlı qüvvələri tərəfindən, respublikamızın müvafiq strukturları ilə birlikdə təmin edilir…” Maraqlıdır, separatçıların lideri “respublikamızın müvafiq strukturları” dedikdə nəyi nəzərdə tutur? Yeni Laçın yolunda erməni silahlıları varmı?

Yeri gəlmişkən, erməni mediası bu barədə davamlı informasiyalar yayır. Həmin məlumatların birində qeyd olunur:  

 ““Artsax respublikası”nın daxili işlər nazirliyindən bildirilib ki, Şuşa-Laçın rayonlarının kəsişməsindən başlayan yeni Stepanakert-Qoris yolu avqustun 30-da saat 20:00-dan etibarən istifadəyə verilib. Yolda Rusiya sülhməramlıları yerləşdirilib. Burada həmçinin “artsax” daxili işlər nazirliyinin yol polisi və “artsax” fövqəladə hallar dövlət xidmətinin xilasediciləri vətəndaşların təhlükəsiz keçidinə nəzarət üçün gücləndirilmiş rejimdə xidmət göstərir…”

Azərbaycan bu informasiyaların dərhal araşdırlması üçün Rusiya tərəfinə müraciət edə bilər, habelə əlindəki müvafiq nəzarət mexanizmləri ilə yayılan xəbərlərin həqiqətə uyğun olub-olmadığını araşdıra və adekvat tədbirlər görə bilər. 

2 sentyabr tarixinin diqqət çəkən özəlliklərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın yaydığı təbrik bəyanatıdır. Paşinyan 31  il əvvəl verilmiş “Müstəqillik haqqında bəyanat”ı həmin dövrə baş verən hadisələrlə əlaqələndirir: 

“Bu qərar “artsax” ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün təminat kimi qəbul edilib. “Müstəqillik bəyannaməsi”nin qəbulundan sonra 10 dekabr 1991-ci ildə referendum, 1-ci “artsax” müharibəsi, 4 günlük müharibə və 44 günlük müharibə baş verdi. Dağlıq Qarabağda və ya onun bir hissəsində soydaşlarımızın yaşamağa davam etməsi faktı dəyişməz olaraq qalıb. Onların hüquqlarının qorunacağı təhlükəsiz mühitdə yaşamaq hüququ var. Əslində, Dağlıq Qarabağ probleminin mahiyyəti də bundan ibarətdir…”

Gözdən qaçırmayın:  Reabilitasiya mərkəzində uşaqlara işgəncə verildiyi iddia olunur (yenil ənib)

Baş nazir statutusdan, Azərbaycanın rədd etdiyi Minsk Qrupundan bəhs etsə də,.onun “müstəqillikdən” bir kəlmə də danışmaması diqqət çəkir. 

Bu isə eks-prezident, müxalifət liderlərindən biri Serj Sarkisyanın heç xoşuna gəlməyib: 

“Bu gün artıq illər əvvəl olduğu kimi, “artsax”da ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci günü deyil, “müstəqillik” təhlükə altındadır. “Artsax” arxadan ağır bir xain zərbə aldı və üç onillik ərzində dünya ermənilərinin səyləri ilə əziz tutulan azad və layiqli yaşayan və inkişaf edən “respublika” düşmənə təslim oldu”.

Sarkisyan yazır ki, Ermənistanda və “artsax”da  bütün xalq adından və eyni adamların iştirakı ilə qərarlar qəbul edilir, danışıqlar aparılır və ölkəni yalançı sülhsevərlər təmsil edir, onlar evin qapılarını geniş miqyasda düşmənin üzünə açırlar. “”Artsax” və bir vaxtlar onun təhlükəsizliyinin təminatçısı olan Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici ölçülərə çatacaq”, – eks-prezidentin bəyanatında qeyd olunur.

Qeyd edək ki, xaricdən də separatçılara göndərilən “təbrik”lərin sayı da azlığı və ianamsızlığı ilə diqqət çəkir. Onlardan ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının üzvləri Frenk Palone, Qus Bilirakis, Ceki Sper, Devid Valdao və Adam Şiffin yaydığı müraciət Azərbaycana və Türkiyəyə qarşı qəzəbli ifadələrlə seçilir. 

Turqut

24 saat” “Səsi batan “müstəqillik” təranələri” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button