Səudiyyə ilə sərhəd bağlandı, Qətər sakinləri ərzaq mağazalarına axın etdi - 24 saat xəbərlər
Now Reading:
Səudiyyə ilə sərhəd bağlandı, Qətər sakinləri ərzaq mağazalarına axın etdi
Full Article 1 minutes read

Səudiyyə ilə sərhəd bağlandı, Qətər sakinləri ərzaq mağazalarına axın etdi

Səudiyyə ilə diplomatik əlaqələrin kəsildiyini, sərhədin qapadıldığını eşidən Qətər sakinləri mağazalara axın ediblər.
İnsanlar səbətlərlə təzə və donmuş ət, həmçinin toyuq, yumurta, un, süd və başqa ərzaq məhsulları alırlar.
Qeyd edək ki, ərzaq məhsullarının böyük qismi Qətərə Səudiyyədən gəlir.
Sosial şəbəkə istifadəçiləri ərzaq mağazalarındakı boş piştaxtaların şəkillərini paylaşırlar.
Qətərin rəsmi qurumları isə sərhədin bağlanmasının insanların həyat şəraitinə heç bir təsir göstərməyəcəyini, hökumətin bütün lazımi tədbirləri görəcəyini bəyan ediblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Bəhreynin ardınca Birləşmiş Ərəb Əmirlikləri və Misir də Qətərlə diplomatik əlaqələri dayandırıb.
Analoji addımı atan digər ölkələr kimi BƏƏ də Qətəri əmirliyin daxili işlərinə qarışmaqda ittiham edib.
Əmirlik 24 saat ərzində Qətərlə nəqliyyat, su və hava məkanını da qapadacaq. Eyni zamanda BƏƏ-ni tərk etmək üçün Qətər vətəndaşlarına 14 gün vaxt verilib.
Misir Xarici İşlər Nazirliyi də bəyanat yayaraq bildirib ki, Qətər “Əl-Qaidə”, İŞİD kimi terrorçu qrupların ideologiyasını yayır və ərəb toplumunda bölünmə yaradır.
Bu arada, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və husilərə qarşı hərbi əməliyyatlar həyata keçirən koalisiyada da krallıqla Qətərin müttəfiqliyinə son verilib.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.