2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
XəbərlərYerli biznes xəbərləri

“Səba” şirkəti kredit üçün banka müraciət edəcək

Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 may 2023-cü il tarixli 164 nömrəli Qərarına əsasən 30 iyun iş gününün istirahət günü ilə yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq “Səba” ASC-nin Direktorlar Şurasının qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə müvafiq olaraq “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti Ümumi yığıncağının vaxtı dəyişdirilərək 03 iyul 2023-cü il saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcəkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Banker. xəbər verir ki, ümumi yığıncağın gündəliyinə cəmiyyətin İdarə Heyətinin təklifinə və Direktorlar Şurasının qərarına əsasən əlavə məsələ daxil edilmişdir.

Yığıncağın gündəliyində olan məsələlər aşağıda qeyd olunmuşdur:

– “Səba” ASC-nin 2022-ci il üzrə illik (maliyyə) hesabatları barədə.

– “Səba”ASC-yə kredit xəttinin açılması üçün banka müraciət edilməsi.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağın keçiriləcəyi ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1, “Səba”ASC-nin baş ofisi.

Xatırladaq ki, “Səba” ASC 1997-ci ilin dekabrında təsis edilib. Şirkətin nizamnamə kapitalı son hesablamalara görə, 4 790 592 manat təşkil edir. Cəmiyyətin səhmlərinin 37.3%-i Hidayət Quliyevə, yenə də 37.3%-i “Baku Investment Company” MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, 0.4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button