2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Səbrli olun” – Nazir maska qadağasının götürülməsindən danışdı

Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O, vətəndaşları səbrli olmağa çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Aydındır ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur. Bütün bunları nəzərə alaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən artıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram” – deyə nazir bildirib.

24 saat” ““Səbrli olun” – Nazir maska qadağasının götürülməsindən danışdı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button