2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Sədərək” sahibinin evindən 800 minlik oğurluq iddiası: tərəflər bir-birini ittiham edir

“Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin evində xidmətçi işləyən qadın o evdən 800 min manatdan çox pul və qızıl-zinət əşyaları oğurlamaqda suçlanır. Lakin qadın qarşı tərəfin yalan danışdığını, dəymiş ziyanın dəfələrlə şişirdildiyini deyir.

42-yaşlı Ruzan Cabbarovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cinayət işi üzrə zərərçəkmiş qismində “Sədərək”in sahibinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəyli tanınıb. Dekabrın 6-da bu iş üzrə məhkəmə prosesi başlayıb. Məhkəməyə zərərçəkmişlərin heç biri gəlməyib, onları vəkilləri təmsil edib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, təqsirləndirilən Cabbarova istintaqa ifadəsində özünü qismən təqsirli bilib. Deyib ki, ehtiyac üzündən oğurluq edib. Oğurladığını da geri qaytarıb. Oğurladığı məbləğ isə Qədimbəylilərin iddia etdiyindən dəfələrlə az olub. Onun sözlərinə görə, oğurladıqlarının da hamısını geri qaytarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Tam orta təhsili yoxdur, oxuyub-yaza bilmir

Dekabrın 5-də məhkəmədə vəkili Cəfərovanın himayəsində azyaşlı övladının olmasını əsas gətirərək onun hökm çıxarılana qədər ev dustaqlığına buraxılması, məhkəmə iclaslarında şüşə qəfəsdə yox, müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsi haqda vəsatətlər qaldırıb. Lakin hakimlər vəsatətlərin heç birini təmin etməyib.

Vəkil Günay İsmayılovavəsatətləri əsaslandırarkən bildirib ki, Cəfərovanın heç tam orta təhsili yoxdur, latın qrafikası ilə oxuyub-yaza bilmir, istintaq dövründə də müdafiə hüququ pozulub. Bu üzdən vəkil işin təkrar istintaqa qaytarılmasını istəyib. Lakin bu məsələdə də məhkəmə “yox” cavabı verib.

Qədimbəyli ailəsinin məhkəmədəki nümayəndəsi, vəkil Əbülfəz Zeynalov da işin istintaqa qaytarılmasının əleyhinə olub. Ailənin vəkili bildirib ki, bu işin məhkəmədə araşdırılmasını istəyirlər.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları dekabrın 20-də davam edəcək.

24 saat” ““Sədərək” sahibinin evindən 800 minlik oğurluq iddiası: tərəflər bir-birini ittiham edir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button