2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Sədərək” Ticarət Mərkəzində axundun dəyişdirilməsinə etiraz edən şəxs həbs edilib

Bakı/15.11.21 “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Münaqişə noyabrın 12-də məscidin Əkrəm adlı axundu dəyişdirilərkən yaranıb. Onun əvəzinə Fərid İsmayılzadə təyin edilib.

Nağıyev etiraz edib, bundan sonra “Sədərək” Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülüb. Ancaq Ticarət Mərkəzi administrasiyası bildirir ki, Nağıyev özü-özünə xəsarət yetirib, sonra isə qanı üzünə sürtərək döyüldüyünü bildirib.  

Saytların yığılması Saytlarin yigilmasi

Daxili İşlər Nazirliyindən bildiriblər ki, faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu bölməsində araşdırma aparılıb. Bundan sonra Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (polisə tabe olmama) 15 gün müddətinə həbs edilib.

Turan-a məlum olub ki, “Sədərək” Ticarət Mərkəzindəki məscidin dövlət qeydiyyatı yoxdur. Hazırda məscidin qeydiyyatı məsələsi həll olunur.

Bundan sonra axund təyinatı və məscidin fəaliyyəti məsələsi Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tənzimlənəcək. -05D06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button