2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Sədr müavini: “ABB ətrafındakı vəziyyət “Sberbank”a təsir etməyəcək”

“Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan vəziyyət “Sberbank”a təsir etməyəcək”. “APA-Economics” “Prime” agentliyinə istinadən xəbər verir ki, bunu “Sberbank”ın İdarə Heyətinin sədri Aleksandr Morozov bildirib.
Onun sözlərinə görə, ABB “Sberbank”ın kontragentidir: “Bizim öhdəliklərimizin həcmi o qədər də iri deyil. Başqa sözlə, risk də cüzidir. Biz bu məsələni maksimum konstruktiv şəkildə həll etməyə çalışırıq. İndiki vəziyyətdə biz hər hansı itki gözləmirik”.
Bankir ABB ətrafında baş verənləri “olduqca qəribə vəziyyət” adlandırıb. “Söhbət dövlət bankından gedir”, – deyə o əlavə edib.
Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasiyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri banklıdır. Bankın səhmlərinin 91,3%-i dövlətə məxsusdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button