2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Səfərbərlikdən yayınan 147 min Rusiya vətəndaşı Qazaxıstanı tərk edib

Yayımlandı: 4 Oktyabr 2022 12:27

Marat Axmetjanov: “Qazaxıstana 200 mindən çox Rusiya vətəndaşı daxil olub”

Sentyabrın 21-dən Qazaxıstana daxil olan 200 mindən çox Rusiya vətəndaşından 147 mini ölkəni tərk edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu oktyabrın 4-də Qazaxıstanın daxili işlər naziri Marat Axmetjanov hökumətin iclasında bildirib.

Nazir vəziyyətin nəzarət altında olduğunu söyləyib:

“200 mindən çox Rusiya vətəndaşı daxil olub, 147 mini çıxıb. Bu, sentyabrın 21-dən hesablanan rəqəmdir”.

O qeyd edib ki, Rusiyada səfərbərlik elan edilən zaman Qazaxıstan-Rusiya sərhədində tıxaclar yaranıb:

“Ancaq oktyabrın 3-dən vəziyyət əvvəlki tempinə qayıdıb. Məsələn, dünən Rusiyadan 7 min nəfər Qazaxıstana gəlib, 11 minə yaxını isə gedib”.

Rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bağdat Musin isə deyib ki, sentyabrın 21-dən sonra Rusiyanın 70 mindən çox vətəndaşı Qazaxıstanda fərdi identifikasiya nömrəsi alıb.

“Bu, təkcə Rusiya vətəndaşlarının Qazaxıstanda bank kartları edə bilməsi üçün deyil. Həm də onlar tərəfindən pozuntuların aradan qaldırılması, qeydiyyat, qalma qaydası və ümumiyyətlə, bütün məlumat bazaları vasitəsilə onlara nəzarət etmək üçün lazımdır”, – Bağdat Musin belə söyləyib.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.

V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, qismən səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi orduya çağırılacaq.

Səfərbərlik elan olunandan sonra isə 261 min nəfərin Rusiyanı tərk etdiyi bildirilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button