2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Səfərbərliklə orduya gedənlər aksiya keçirib

İkinci Qarabağ müharibəsi zamanı səfərbərliklə hərbi hissələrə cəlb olunmuş şəxslərdən bəziləri bu gün, sentyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyinin Bakıdakı binası qarşısında etiraz aksiyası keçirib. Onlar “müharibə iştirakçısı” statusunun verilməməsindən şikayətləniblər.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçıları bildirib ki, müharibə zamanı könüllü kimi müraciət edərək səfərbərliklə müxtəlif hərbi hissələrə cəlb olunublar: “Biz arxa cəbhədə olmuşuq. Əlimizdə silah da olub. Qarda, palçıqda xəstə əsgərlərin əvəzinə xidmət etmişik. Hərbi hissənin yarısı döyüş əmrində olub. Qalanlar isə həmin döyüşənlərlə bir yerdə status alıb. Onlardan bizim fərqimiz nədir? Hətta İkinci Dünya müharibəsində arxa cəbhədə olan şəxslərə müharibə iştirakçısı statusunu verirdilər”.

Onların sözlərinə görə, Müdafiə Nazirliyinə məsələ ilə bağlı dəfələrlə müraciət ediblər: “Gah deyirlər ki, ilin axırı veriləcək, gah deyirlər ki, siz tamamlama olmusuz, sizə düşmür. Niyə düşmür?! Məni səfərbər edib komissarlığa göndərmisən. Mən “voenkomat”dan çıxmışamsa, deməli, döyüş əmri ilə hərbi hissəyə daxil olmuşam. Hətta orada təlimdə olmuşam”.

Daha sonra aksiya iştirakçılarından beş nəfər Müdafiə Nazirliyinə qəbula dəvət olunub.

Aksiya insidentsiz başa çatıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Nazirliyə qəbula gedənlərlə də sonradan danışmaq cəhdi alınmayıb.

Bundan əvvəl də status ala bilməyən keçmiş hərbi qulluqçuların Müdafiə Nazirliyi qarşısında aksiyası olub. Onlara şikayətlərinin araşdırılacağı bildirilmişdi.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 44 günlük həmin ikinci savaş başlayarkən ölkə başçısı qismən səfərbərlik də elan etmişdi. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Rusiya və Ermənistan arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button