2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Şəhid ailəsi dövlətə görə cərimə edildi – AZƏRBAYCANDA BU DA OLDU

“Evi Nazirlik tikibsə, şəhid ailəsi niyə cərimə olunur?” 
Bunu “Arqument.az”-a ictimai fəal Rüfət Əliyev deyib.
“Birinci Qarabağ müharibəsində itkin düşən, sonradan şəhid statusu verilən Babayev Aqil Sultanəli oğlunun anası qəza vəziyyətdə olan evdə yaşayırdı. Ötən il (2020-ci il. red) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Astaranın Təngərüd kəndində iki otaqlı ev tikib şəhidin ailəsinə təhvil verdi. Bu il (2021-ci il) İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Regional İdarəsinin əməkdaşları gəlib şəhidin qardaşı İnam Babayevi 300 manat cərimələyiblər ki, pay torpağında ev tikmisiniz. Şəhidin ailəsi 100 manatı da artıq ödəyib“, – Rüfət Əliyev belə deyib.
O bildirib ki, torpaq şəhidin qardaşı İnam Babayevin adına olsa da, ev anası Babayeva Telnisaya məxsusdur: “Ev anasının adına olduğu halda, Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran regional mərkəzinin əməkdaşları hansı əsasla şəhidin qardaşını cərimə edirlər?”
Onun sözlərinə görə, evi özü tikmədiyi halda, Dövlət Xidmətinin vətəndaşı cərimələməsi qanunsuzdur: “Evi şəhid ailəsi tikməyib, dövlətin başqa bir strukturu tikib. Belə olan halda, şəhid ailəsi hansı əsasla cərimələnir? Xahiş edirik ki, bu məsələyə aydınlıq gətirilsin”.
Şəhid ailəsi haqsızlıqla üzləşib
Şəhid ailəsi haqsızlıqla üzləşib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button