2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şəhid ailəsinə guya övladlarının sağ olduğunu deyərək onları aldadan şəxslər saxlanılıblar – VİDEO

Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldatmaqda ittiham olunan şəxslər saxlanılıblar.

24 saatxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.

Məlumata görə, Vətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə əlaqədar zəruri əməliyyat tədbirlərinə başlanılıb.
Araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də, dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara müraciət etməkdə gördüyü müəyyən edilib. Bu məqsədlə o, Xəzər rayonunda yaşayan və “falçı” kimi tanıdığı bir qadına müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində “fala” baxaraq övladının dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu anasına bildirərək onu aldadıb. Sonradan falçının oğlu İ. Orucov və şəhidin yaxın qohumu B. Hüseynlinin ünsiyyətləri yaranıb və onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər. Bundan sonra adları çəkilən şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar. Bu şəxslər hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. B. Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar. B. Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar. Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu B. Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədərək bir neçə dəfə İ. Orucovun telefonu ilə şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yalnış təsəvvür yaradıb. Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə onladan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.
Faktla bağlı Daxili İşlər Nazirıiyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İxtiyar Orucov və Balaxan Hüseynli tutularaq hər iki şəxsə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Onlar şəxs ifadələrində törətdikləri qanun pozuntusunu etiraf ediblər. Hazırda həmin cinayət əməlinin digər iştirakçılarının olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button