2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şəhid anası: Lerik Rayon İcra Hakimiyyətindən şikayətçiyəm

Yayımlandı: 23 Mart 2023 11:26

“Dəfələrlə rayon rəhbərliyinə yazılı və şifahi müraiət etsəm də, baxan yoxdur”

Evimə getmək, yaşlı vaxtımda öz yurdumda yaşamaq istəyirəm. Ötən ilin yayında dedilər ki, il ərzində evlə bağlı müraciətinizə cavab veriləcək, bu ilin üçüncü ayı bitir, hələ də xəbər yoxdur”.   

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Birinci Qarabağ Müharibəsində həyatını itirən Habil Nəciyevin anası, 85 yaşlı Nəsibə Nəciyeva bildirib.

Şikayətçi deyib ki, Lerik rayonunun Noda kəndində yerləşən evi qəzalı vəziyyətdədir, bununla bağlı rəy də veriblər. Sumqayıtda yaşayan oğlunun evində müvəqqəti yaşasa da, kəndə qayıtmağı arzulayır. Amma övladılarının evi təmir etdirməyə maddi imkanları çatmır. 

2005-ci ildən ev növbəsinə götürülmüşəm. Rayon icra hakimiyyətindən şikayətçiyəm. Məndən sonra növbəyə götürülənlərə ev verilib, yaxud təmir edilib. Dəfələrlə rayon rəhbərliyinə yazılı və şifahi müraiət etsəm də, baxan yoxdur”, – şəhid anası deyib. 

Şikayətçinin sözlərinə görə, mütəxəssislər evinə baxış keçirib, yaşamaq üçün təhlükəli olduğuna dair rəy verəndən sonra Sumqayıta köçüb. Tezliklə evinin təmir olunacağı ümidi ilə illərdir gözləyir. 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib: 

1994-cu ildə oğlumu kəndimizdəki məzarlıqda dəfn etdik. Qəbrin başdaşı yararsız hala düşmüşdü, rayon rəhbərliyinə yazılı müraciət etsəm də, köməklik olunmadı. Təqaüdüm və ikinci qrup əlil olan oğlumun köməyi ilə məzarı düzəltdirdik. Yaşlı vaxtımda gözüm yollarda qalıb, gözləməyə vaxtım çatacaqmı, bunu bilmirəm”.

Lerik Rayon İcra Hakimiyyətindən şəhid anasının şikayəti  ilə bağlı sorğu cavablandırılmayıb. Kənd icra nümayəndəliyindən isə Meydan TV-yə bildiriblər ki, Nəsibə Nəciyeva uzun illərdir kənddə yaşamır. Evdə heç kim yaşamadığından baxımsız qalıb, amma yaşamaq üçün çox da təhlükəli sayılmır.

Şəhid anası kimi mənzil növbəsinə götürülüb. Amma nə vaxt mənzil veriləcəyi, evin təmir edilib-edilməyəcəyindən xəbərsizik”,-icra nümayəndəliyindən söyləyiblər. 

Nazirlikdən isə şəhid anasının mənzil növbəsinə götürüldüyünü bildiriblər. 

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button