2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhid anası Ramil Usubova məktub yazdı – MƏTN

“Mən Qarabağ döyüşlərində şəhid olan Sarıyev Razim Rasim oğlunun anasıyam. Sizdən artıq dərəcədə xahiş edirəm ki, şəxsən özünüz məni qəbul edəsiniz.

Yalnız sizin qəbul etməyiniz mənə böyük kömək olacaq və inanıram ki, müraciətimə müsbət reaksiya verəcəksiniz. Çünki Siz həmişə vətəndaşların, xüsusilə şəhid və məcburi köçkün ailələrinin müraciətlərinə həssas yanaşmısınız”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sözləri 24saat.org-a göndərdiyi məktubda şəhid anası Məruzə Sarıyeva Səməd qızı Daxili İşlər naziri Ramil Usubova etdiyi növbəti müraciətində yazıb.

Onun sözlərinə görə, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış massivi, ev 129, mənzil 114 ünvanında yaşayır. 1937-ci il təvəllüdlü M.Sarıyeva bundan əvvəl də nazirə müraciət edib, amma problem həllini tapmayıb.

“Mənim heç kimdən narazılığım və şikayətim yoxdur. Prezidentimiz İlham Əliyev sağ olsun, şəhid ailələrini diqqət və qayığısıyla əhatə edib. Siz də sağ olun ki, şəhid ailələrinə nazirliyinizdə xüsusi qayğı göstərirsiniz.

Mən Sizinlə nəvəmin işiylə bağlı görüşüb, şəhid anası kimi problemimi diqqətinizə çatdırmaq istəyirəm. Ona görə Sizdən xahiş edirəm məni qəbul edin”.

 

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button