2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSEÇMƏ

Şəhid atasından ölkə başçısına müraciət

Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova və Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. Əli Hüseynov müraciətin bir surətini mediaya ünvanlayıb. Şəhid atası yazır:

 

Saytların yığılması Saytlarin yigilmasi

“Cənab prezident, hörmətli Oqtay müəllim və Fuad müəllim, mən bir şəhid atası və sahibkar kimi baş prokurordan şikayətçiyəm. Ona görə ki, sahibkarlığa imkan verməyən və dövlət tərəfindən sahibkarlara ayrılan pulları qaranlıq işlərə sərf edən Şirzad Abdullayevin qanunsuz əməllərindən və mənim başıma açdığı oyunlara görə onun qəbuluna düşmək istəsəm də, məni qəbul etmir. Mən Respublika Prokurorluğunda Rüstəm Usubovun və Nazim Abbasovun qəbulunda olmuşam. Baş verənləri onlara danışmağıma baxmayaraq hansısa səbəbdən Şirzad Abdullayev və Məmməd Musayevdən ehtiyat edərək, onların etdikləri əməllərə hüquqi qiymət vermirlər. Yasamal Rayon Prokurorluğunda materialları araşdırıb cinayət işinin başlanılmasına göstəriş vermək əvəzinə qeyri-qanuni olaraq olaraq şikayətim baxılması üçün şikayət etdiyim orqana göndərilir.
Cənab prezident, mən baş prokurorun qəbuluna düşmək üçün 1 dekabr tarixində Prezident Administrasiyasında Fuad Ələsgərovun qəbulunda oldum. Və baş prokurorun qəbuluna girəcək adamların siyahısında 13-cü şəxs kimi qeyd olundum. Lakin 2016-cı il 13 dekabr tarixində mən günün 2-ci yarısı baş prokurorun qəbul şöbəsinə getdim. Orda qəbul şöbəsinin işçisi Emin adlı şəxs bildirdi ki, sizi qəbul etməmək tapşırılıb. Səbəbini soruşduqda, bildirdi ki, mən bilmirəm, o baş prokuror, o da siz, gedin kimə istəyirsiniz şikayət edin.
Artıq mən belə qənaətə gəlmişəm ki, baş prokurorun şəhid atası və sahibkar kimi məni qəbul etməməsi onun Şirzad Abdullayevə və Məmməd Musayevə çox böyük ehtiramından irəli gəlir.

 

Cənab prezident, Sizdən artıq dərəcədə xahiş edirəm və mərhum Heydər Əliyevin ruhuna and verirəm ki, baş prokurorun məni qəbul etməsi üçün göstəriş verəsiniz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button