2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhid döyüşçünün təltif edildiyi Gəncədə medal ailəsinə təqdim olundu

Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş kapitan Quliyev İnqilab Çingiz oğluna ölümündən sonra verilən “İgidliyə görə” medalı ailəsinə təqdim edilib.

Bununla əlaqədar Gəncədə keçirilən tədbirdə şəhidin ailə üzvləri, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Elmar Vəliyev Azərbaycan ordusunun təmas xəttində göstərdiyi şücaətlərdən danışıb. Bildirib ki, İnqilab Quliyevin də qatıldığı uğurlu əməliyyatlar nəticəsində strateji əhəmiyyətli yüksəkliklər düşməndən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Abdulla Qurbani deyib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, xalqın yaddaşında əbədi yaşayır.

Şəhidin atası Çingiz Quliyev oğlu ilə qürur duyduğunu bildirib. Onun döyüş yoldaşı, yaralanaraq hospitalda müalicə alan Ruslan Abbaszadə də isə bildirib ki, digər şəhidlər kimi İnqilab Quliyevin qanı da yerdə qalmayıb. O bütün şəhidlərin qisasının alındığını, düşmənə layiqli cavab verildiyini vurğulayıb.

AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyev və ADAU-nun rektoru İbrahim Cəfərov ötən ay Azərbaycan ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışıblar.

“Новости Гянджи” qəzetinin baş redaktoru İrina Kalaşnikova çıxışına şəhid ailəsi üzvlərinin qarşısında baş əyərək bildirib ki, Azərbaycan xalqının hər vətəndaşının qarşısında birinci vəzifə öz torpağını qorumaqdır. Medal şəhidin 4 yaşlı oğlu Quliyev Hüseynin yaxasına taxılıb. Qeyd edək ki, 1983-cü il təvəllüdlü kapitan İnqilab Quliyev ötən ayın əvvəlində Lələtəpə uğrunda gedən döyüşlərdə şəhid olub. O, Gəncənin şəhidlər xiyabanında dəfn olunub. İki oğlan övladı var. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button