2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şəhid övladının cəzası azaldıldı

Hakim şəhid xanımına: Mənim əlimdən ancaq bu qədər gəldi

Dekabrın 14-də Bakı Apelyasiya Məhkəməsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib, şəhid ailələrinə ödənilməli müavinəti tələb edərkən həbs olunan Toğrul Qocayevin şikayətinə baxılıb.

T.Qocayev dekabrın 11-də saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə protokol tərtib olunub. Polisə müqavimətdə günahlandırılan T.Qocayevə Səbail Rayon Məhkəməsinin qərarıyla 30 sutka həbs cəzası verilib.

Bakı Apelyasiya Məhkəməsində şikayətinə baxılarkən T.Qocayev bildirib ki, polisə müqavimət göstərməsi barədə protokolda yazılanlar həqiqətəuyğun deyil.

Saytların yığılması Saytlarin yigilmasi

O, günahsız olduğunu deyib və haqqındakı işə xitam verilməsini xahiş edib.

Hakim Əmir Bayramov dolayısıyla ona deyib ki, etiraz aksiyasında iştirak etməsəydi, həbs olunmayacaqdı:

“Gedib qoşulmasan… Haqqı tələb eləməyin də qaydası var da… Qoşulmasan, heç kimin səninlə işi olmaz”.

Hakim qısa müşavirədən sonra elan edib ki, yüngülləşdirici halları nəzərə alıb, onun cəzasını yarıbayarı azaldır – həbs müddəti 15 günə endirilir.

T.Qocayevin anası hakimdən xahiş edib ki, oğlunu həbsdən azad etsin, çünki iki azyaşlı övladı var. Hakim isə Məhəbbət Qocayevadan onu başa düşməyi xahiş edib:

“Mənim əlimdən ancaq bu qədər gəldi…”

Qeyd edək ki, hadisə 11 dekabrda şəhid ailələri Prezident Administrasiyasının qarşısındakı toplantı keçirərkən baş verib. Prezident Administrasiyasında qəbula girmək istəyən şəhid anasının polislə mübahisəsi düşüb, qolu qanadı, ona düşəcək 11 min manatlıq müavinəti tələb edən şəhid övladı həbs edildi, onun azad olunmasını tələb edən şəhid anası polislə mübahisədə təcili yardıma düşdü.

Hər həftənin çərşənbə axşamı adəti üzrə qəbula gələn ailələr bu dəfə Administrasiyanın Ceyhun adlı əməkdaşı qəbul edib. O, şikayətçilərin məhkəməyə müraciət etmələrini tövsiyyə edib.

Qəbula gələn Toğrul Qocayevə içəri keçməyə icazə verilməyib. O, Prezident Administrasiyasının qarşısına gedərək oradan qəbul şöbəsinə keçməyə çalışıb. Şahidin sözlərinə görə yolda onu mülki geyimli şəxslər saxlayaraq maşına aparıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button