2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Şəhid polkovnik-leytenant xiyabanda dəfn olunacaq

sehidQarabağın düşmən işğalından təmizlənməsi uğrunda aparılan son hərbi əməliyyatlarda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Milli Ordunun ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən olub.

Şəhid yaxınlarının verdiyi məlumata görə, onun cənazəsi hazırda hərbi helikopterlə Bakıya gətirilir. Sabah onunla rəsmi vidalaşma mərasimi keçiriləcək. Şəhid polkovnik-leytenant Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Çox güman ki, xüsusi təyinatlı qüvvələrin zabitinin cəsədi düşmənin nəzarətində olan ərazilərdə qalıbmış və cəsəd bu gün Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə Azərbaycan tərəfə təhvil verilib. Vətən uğrunda döyüşüb canını fəda edən şəhid zabitimizə Allahdan rəhmət diləyirik. (virtualaz.org)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button