2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Şəhid polkovnikin ailəsindən reportaj – “Tam laqeydsizlikdir” FOTO VİDEO

Bu ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun atasının insult keçirməsi barədə xəbər vermişdik. Qaynarinfo.az saytının əməkdaşları Sumqayıt şəhərindəki 1 saylı yataqxanada məskunlaşan Orucovlar ailəsinə baş çəkərək, şəhidin atası və qardaşları ilə söhbətləşib.

– Bizə dedilər ki, dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmisiz, teleqram vurmusuz, ancaq müraciətinizə laqeyd yanaşıblar. İndiyənədək sizə heç bir cavab verən olmayıb?
– Bir dəfə Kərəm Vəliyevin yanında olmuşuq. Dedim ki, məni nazir Zakir Həsənovla görüşdür. Bir aya yaxındır ki, səs-soraq yoxdur. Yəni tam laqeydsizlikdir.  İndiyə qədər heç bir dövlət nümayəndəsi yataqxanaya gəlib atamı yoxlamayıb.
Raquf Orucovun qardaşı Amil Orucov
– Nazirliyə nə üçün müraciət etmişdiniz?
– Qardaşımın 25 illik xidməti müqabilində ona və ailəsinə olan laqeydsizliyə görə. 4 aydır ailəsini qapılarda süründürürdülər. Şəhid ailələri üçün nəzərdə tutulan təqaüdün, övladlarına aylıq sosial müavinətin verilməsini bu qədər niyə yubadırdılar? Mətbuatda bu xəbər yayılan kimi 3 gün ərzində məsələni həll etdilər. Bizim kimi nə qədər şəhid ailəsi var. Elə ailələr var ki, bu pula möhtacdırlar. Bizdə medal almış idmançılara yüksək məbləğdə pul, maşın, ev verirlər. Ancaq şəhid ailəsinə 11 min manat. Bu laqeydsizlik deyil? Qardaşım briqada komandiri olub, 25 il xidmət göstərib, canını verib, ancaq ona qoyulan hörmət bax budur. Bizə pul, mal lazım deyil. Heç olmasa, xəstə atasına belə hörmətsizlik etməsinlər. Rəsmi şəkildə qardaşımın 3 və 40 mərasimlərinə gəlməli idilər. Amma heç kəs gəlmədi.
– Belə soyuq münasibət təkcə sizin ailəyə qarşı göstərilir, yoxsa bütün şəhid ailələrinə?
– Siz nə vaxtsa görmüsüz ki, Zakir Həsənov şəhid ailələrinə baş çəksin? Ya onların dərdinə şərik çıxsın? Bir-iki Milli Qəhrəmanın ailəsini qəbul edib, bir də şəhid pilotların dəfnində iştirak edib. Biz təkidlə bildirdik ki, sizə sözümüz var. Ancaq orda da Kərəm Vəliyevi qabağı verdilər. Türkiyədə nazir, baş nazir gəlib şəhidin yaxınlarına baş çəkirlər. Bizdə isə…
Raquf Orucovun atası İbrahim Orucov: “Oğlumun ölümündən sonra bir dəfə də olsun məni yoxlamadılar”
– Raquf sonuncu dəfə Bakıya gələndə əhval-ruhiyyəsi necə idi?
– Sonuncu dəfə mart ayında gəldi. Uşaqlarına baş çəkdi. Amma hərbi hissəyə tez qayıtdı. Heç görə bilmədim onu. Yanına gedəndə də bizi buraxmırdı. Deyirdi ki, əsgərlərdən utanıram, özüm gəlib görərəm sizi. Şəhid olandan sonra bildim ki, mən necə oğul böyütmüşəm. Bütün əsgər yoldaşlarının hamısı başına and içir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button