2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şəhidimizin nəşi alınarkən erməni zabitin ürəyi gedib – VİDEO

Şəhid əsgər Çingiz Qurbanovun meyitinin qaytarılmasında iştirak edən erməni hərbçilərindən biri huşunu itirib və yerə yıxılıb. Yəqin ki, həmin zabit aprel döyüşlərinin iştirakçısı olaraq Azərbaycan Ordusunun qüdrətini görüb, elə buna görə özündən gedib.

Oxu.Az Xəzər Tv-yə istinadən məlumat verir ki, bu sözlərlə sosial şəbəkələrdən birində status yazan millət vəkili Aydın Mirzəzadə hadisənin elə Ermənistanın real vəziyyətinə dəlalət etdiyinə diqqət çəkir.

Millət vəkili, Çingiz Qurbanovun meyitinin düşməndən alınmasının Ermənistan tərəfində ciddi narahatlıq yaratdığı və bununla da Ermənistanın Azərbaycanı şantaj etmək planının baş tutmadığını vurğulayıb. Şəhid əsgərimizin nəşinin qaytarılması Ermənistan ictimaiyyətində də rəsmi İrəvanın geriyə atılmış addımı kimi dəyərləndirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Aydın Mirzəzadənin fikrincə, Çingiz Qurbanovun nəşinin alınmasında dövlətin göstərdiyi qətiyyət onu göstərir ki, Azərbaycan hər bir vətəndaşına sonuna qədər sahib çıxır və işğal altında olan torpaqların bir qarışını belə düşmən tapdağında qoymayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button