2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Şəhidin hərbçi qızı bəraət aldı

“Yanvarın 25-də müdafiə naziri general Zakir Həsənovun Gəncəyə ezam etdiyi, nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Zabitlər Evində məni və qızım Minarə Bayramovanı (İsmayılova) qəbul etdilər”.

 


Bu haqda N saylı hərbi hissənin komandiri Elşən Sanayev tərəfindən qərəzli şəkildə təhqir edilib, işdən qovulan şəhid övladı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Minarə Mübariz qızı Bayramovanın (İsmayılova) anası Minyə İsmayılova məlumat verib.
Onun sözlərinə görə, nazirlikdən hərbi hissəyə ezam edilən qrup onların şikayətini obyektiv və ədalətli araşdırıblar: “Məlum oldu ki, qızımın haqqında deyilənlər şər böhtan, işdən qovulması üçün qurulan Şərəf Məhkəməsi isə qurama imiş. Qızımın xidməti dövründə ona qarşı iynənin ucu qədər səhv tutulmadı. Sağ olsun, nazirimiz. Şəhid övladının haqqını qorudu. Bakıdan gələn araşdırmaçı heyətə də təşəkkür edirəm, ədalətli olduqları üçün. General dedi ki, bu qıza qarşı bu nə qərəzdir aparırsınız. Onun bir gunahı yoxdur, bircə səhvi belə ortaya çıxmadı. Bizə qarşı çox diqqətli oldular. Genaral hamını yığdı, danışdı. Qızımı başqa korpusa keçirəcəklər. Xidmətini bundan sonra yeni iş yerində davam edəcək. Minarə bəraət aldı. Haqq yerini tapacaq. Bu işdə günahkarların haqqında da ölçü götürüləcək. Həm Gəncədə, həm Bakıda məhkəmə olacaq”- deyə, o, bildirib.
Minarə Bayramovanın (İsmayılova) anası Minyə İsmayılova redaksiyaya zəng edərək öz xüsusi təşəkkürünü bildirib. “Siz bu məsələni ictimailəşdirməsəydiz, bu iş bir ləkə kimi qızımın üzərində qalardı. Bunun üçün Gununsesi.info saytının rəhbərliyinə və kollektivinə xüsusi təşəkkürümü bildirirəm.
Qeyd edək ki, Müdafiə Nazirliyi dərc edilən “Komandirdən şəhidin hərbçi qızına əxlaqsız təklif-Şikayət” adlı yazıya rəsmi münasibət bildirib. Bundan sonra isə Müdafiə Nazirliyi, məsələnin mahiyyətinin öyrənilməsi, aydınlaşdırılması, müvafiq tədbirlərin görülməsi və nəzarəti müdafiə nazirinin şəxsi heyət üzrə müavininə tapşırıb.
Müraciətin yerində, dəqiq və daha ətraflı araşdırılması məqsədilə bir neçə gündür ki, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət qrup hərbi hissəyə ezam olunub.
Xatırladaq ki, qrupa müdafiə nazirinin şəxsi heyət üzrə müavini də general-leytenant Kərim Vəliyev rəhbərlik edir.

Saytların yığılması Saytlarin yigilmasi

(Gununsesi.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button