2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Şəhidin məzarı üstündən bayrağı mən sökdürmüşəm”– İcra başçısı etiraf etdi (VİDEO)

Zərdabda şəhid ailəsi yerli məmurların və polisin təzyiqi ilə üzləşib

Bri neçə gün öncə sosial şəbəkədə 6 aprel tarixində şəhid olmuş Zərdab rayon Dəkkə kənd sakini Nurlan Babazadənin məzarı yanında dirəkdən asılmış Azərbaycan bayrağının götürülməsi geniş müzakirələrə səbəb olub. Baş vermiş hadisədən narazı olan şəhid atası Rasim Abdullayev bildirib ki, prezidentin dediyi qayğıkeşliyi Zərdab rayonunda görməyib: “Bir məzar düzəldildi, o da minnətlə. Oğlum bayraq uğurunda şəhid olub. Onu da qoymadılar, endirdilər”.

Şəhidin anası bildirib ki, Nurlan həmişə Mübarizin adını çəkib. Həmişə deyirdi ki, Mübarizin şəhidliyi mənə də qismət olacaq: “O torpaq uğrunda şəhid olub. Mən də onunla təskinlik alırdım”.

Saytların yığılması Saytlarin yigilmasi

R.Abdullayev deyir ki, icra nümayəndələri onun həyətinə polis göndəriblər və bayraqla, plakatın götürülməsini istəyiblər. Şəhid atasında hədə-qorxu gələn icra başçısı onu Prezident Aparatına şikayət etməklə təhdid edib.

Bayrağı sökən icra oakimiyyəti əməkdaşları onu şəhid atası Rasim Abdullayevin üstünə ataraq “bunu buradan götür” deyə hörmətsizlik edib və məzara bir daha bayraq asılmamasını tapşırıblar. Şəhid atası Rasim Abdullayev isə məsələyə öz etirazını bildirərək oğlunun Vətən və bu bayrağın dalğalanması üçün şəhid olduğunu, həmçinin, özünün və yoldaşının bu bayraqdan təsəlli aldığını bildirib.

Hadisədən bir gün sonra rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon polis idarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Şəhidin evinə gələn şəxslər burada Nurlan Abdullazadənin valideynlərinə qəbirstanlıqdakı bayrağı bir daha oraya asmamaları və girişdə quraşdırdıqları Nurlanın şəklini əks etdirən plakatı sökmələri üçün onlara təzyiqlər ediblər.
“Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror- zadsız…Bayrağı harada gəldi, özü də qəbiristanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm”.

Bu sözləri Gununsesi.info-ya icra başçısı Lütvəli Babayev söyləyib.

İcra başçısı də şəhidin valideyinləri barəsində tənqid səsləndirib: “Daha nə istəyirlər? Nə lazımdırsa, o, ailə üçün edilib. Amma gedib hay-küy salırlar…”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button