2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Şəhidlərə 100 min manat vermək mümkün deyil” -Hadı Rəcəbli

“Şəhid ailələrinə verilən birdəfəlik müavinətin 10 dəfə artırılması barədə təkliflər populizmdir. Bu əlbəttə ki, mümkün deyil”.

Bu sözləri müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputat 14 oktyabrda Milli Məclisin iclasında həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun “şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təklifini mümkünsüz adlandırıb:

Saytların yığılması Saytlarin yigilmasi

“11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır.
2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır.
Onların büdcədən xəbərləri yoxdur. Şəhidlərə 100 min manat versək, Qarabağ əlilləri deyəcək ki, onlara verirsinizsə, bizə niyə vermirsiniz? Müharibə zamanı adi şəraitdə ölən adama da gərək onun heç olmasa ən azı 50 faizini verək. Sağlamlığını itirən, minaya düşənlər də deyəcək ki, bizə də 100 min manat verin. Mən onlardan yaxşı bilirəm. Belə fikirlər yalnız populizmdir. Mümkün deyil”.(Modern.az )

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button