2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Səhiyyə Nazirliyi omikron ştammının yayılması ilə əlaqədar tövsiyələr verib

Bakı/22.01.22 Səhiyyə Nazirliyi koronavirus infeksiyasının omikron ştammı ilə bağlı tövsiyələrlə əhaliyə müraciət edib.

Müraciətdə xatırladılır ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxma halında özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməlidir, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.

Əgər qızdırmasalıcı dərmanların qəbuluna baxmayaraq,  yüksək temperatur (>38.5?) 5 gündən çox davam edərsə, həkimə müraciət etmək lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Səhiyyə Nazirliyi səriştəsiz adamların tövsiyəsilə ev şəraitində müalicə almamağa, həkim təyinatı olmadan antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durmağa çağırıb.

Həmçinin vətəndaşlar buster doza ilə vaksin olmağa çağırılır.- 06B-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button