2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səhiyyə Nazirliyi: ''Satışda qeydiyyatdan keçməyən dərmanlar var''

Dərmandan zəhərlənmələr artıb

Saytların yığılması Saytlarin yigilmasi

“Ölkəyə qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı geniş vüsət alıb”. 

Məlumatı “Report”a Səhiyyə Nazirliyindən veriblər. Nazirlik bununla bağlı özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib. 

Bildirilib ki, Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə tibb fəaliyyəti ilə məşğul olması qanunsuzdur: 

“Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənən “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunan və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə son zamanlar çoxsaylı müraciətlər alırıq”.

Nazirlik bildirir ki, xarici ölkələrdə hazırlıq alan tibb işçiləri, o cümlədən əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na uyğun olaraq, yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında respublika ərazisində tibb fəaliyyəti ilə məşğul ola bilərlər. 

Martın 11-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Elman Rəhimov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdi. Elman Rəhmənavun həyatını xilas etmək mümkün olmamışdı. 

“Dərman vasitələri haqqında” qanuna əsasən Azərbaycana gətirilən bütün dərmanlar dövlət reyestrindən keçməlidir. Bu qanuna görə respublikaya gətirilən dərmanların idxal seriyası dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlanılır. Yoxlanma nəticəsində heç bir nöqsan aşkar olunmursa, ona Səhiyyə Nazirliyi tərəfindən uyğunluq sertifikatı verilir. Bundan sonra həmin dərman qoruyucu nişan olan holoqramla təmin olunur və respublikada satışına icazə verilir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button