2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Səhiyyə nazirliyinin 2 milyon verdiyi şirkət adamları niyə xilas etməyib?

Mahammad Muradov

Bu gün Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzində baş verən bədbəxt hadisə nəticəsində 25 nəfərin həlak olduğu rəsmi olaraq bildirilir. Bununla bağlı, istintaq başlanıb və ümidvarıq ki, aşağıdakı suallara cavab tapılacaq:
1. Hadisə niyə baş verib?
Hadisənin baş verməsi ilə bağlı ilkin versiya kimi elektrik xəttlərində qısaqapanmanın olduğu deyilən versiyalar arasındadır. Bununla bağlı deyim ki, Narkoloji Mərkəz 2015-cı il Qradus MMC-dən kommunal və kommunikasiya xidmətlərinin satın alınması üzrə 19 044,00 AZN, Navella MMC-dən isə 2016-cı ildə eyni ximdət üzrə 9 993,00 AZN xidmət əldə edib. Satınalma müqaviləsinin predmeti dəqiq göstərilmədiyi üçün anlamaq çətindir ki, mərkəz elektrik xəttlərinin çəkilməsi ilə bağlı xidmət qəbul edib yoxsa yox. Hər halda, bu şirkətlərin həmin mərkəzdə nə iş gördüyünü və nə səviyyədə gördüyünü araşdırmaq vacibdir.
2. Hadisəyə görə kim məsuliyyət daşıyır?
Səhiyyə Nazirliyin Narkoloji Mərkəzi təkcə 2017-ci ildə 81.674 AZN-ə qədər satınalma əməliyyatı həyata keçirmişdir. Bu məbləğin 42 min AZN-i, yəni yarısından çoxu TIIM MMC-dən mühafizə xidməti almaq üçün xərclənmişdir. Qeyd edək ki, TİİM MMC Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox mərkəz və xəstəxanalara xidmət göstərib. İndiyə kimi 44 xidmət müqaviləsi üzrə bu şirkətə Səhiyyə Nazirliyi tərəfindən 1.920.000 AZN xidmət alınıb.
Sual olunur: Görəsən TİİM MMC bu faciənin baş verməsində nə qədər məsuliyyət daşıyır?
3. Ən əsas sual: niyə bu 25 nəfər yanğın vaxtı qaça bilməyiblər? Bununla bağlı Mərkəzin səlahiyyətli şəxsləri, həmin şəxslərə nəzarət edən Səhiyyə Nazirliyinin işçiləri və ən nəhayət Səhiyyə nazirinin özü məsuliyyət daşıyır.
Mənbə: www.tenderinfo.az

Yazı müəllifin feysbuk hesabından götürülüb

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button