2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səhm bazarında son vaxtlar nə dəyişib?

İlin ilk 3 ayı üzrə fond bazarında «pozitiv kəmiyyət göstəriciləri ilə yanaşı, önəmli keyfiyyət dəyişiklikləri» də baş verib.

Bu şərhi Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) açıqlayıb. Ancaq maraqlısı odur ki, məlumatda keyfiyyət dəyişikliyinə dair hər hansı bilgi verilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabatda deyilir ki, real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcmini 8 dəfə artırıb. Ümumilikdə, səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrüylə müqayisədə 58 dəfədən çox artaraq 777 milyon manata çatıb.

Buna da bax:​ Qiymətli kağızlar bazarında dövlət əsas oyunçudur

101 milyonluq fərqin haradan yarandığı açıq qalır

AzadlıqRadiosu MBNP-nin mətbuat xidmətindən səhm buraxılışlarının şirkətlər üzrə təqdimatını istəyib. Çünki ilin əvvəlindən Palatanın qeydə aldığı və açıqladığı səhm emissiyalarının toplam məbləği 675 milyon 890 min manatı ötmür. Palata bu məlumatı təqdim edə bilməyib.

İlin əvvəlindən MBNP «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin kütləvi, «AtaBank» ASC, «A-Qroup Sığorta Şirkəti» ASC, «SOCAR Petroleum» QSC və «Baku Trade Management (BTM)» QSC-nin isə qapalı yerləşdirmə üsulu ilə səhm buraxılışlarını qeydə alıb. Buraxılan səhmlərin məbləği indi elan edilən yerləşdirmə həcmindən 101 milyon manat azdır. Beynəlxalq Bankdan başqa qalan şirkətlər səhmləri birjaya müraciət etmədən, öz səhmdarları arasında yerləşdiriblər.

Buna da bax:​ SOCAR istiqrazlarının qiyməti düşüb

Palata reyestri bağlı saxlayır

Qanunvericiliyə görə, MBNP qiymətli kağız buraxılışlarının vahid reyestrini öz internet səhifəsində ictimaiyyətə təqdim etməlidir. Bu reyestrə təkcə səhm və istiqraz buraxılışları haqda deyil, onların dövriyyədən çıxarılmasına dair məlumatlar da salınmalıdır.

Amma «Qiymətli kağızlar bazarı haqqında» qanunun 21 ay qüvvədə olmasına baxmayaraq, reyestr hələ də ictimaiyyət və investorlara bağlıdır. Palatada bunun səbəbləri haqda suala cavab verə bilməyiblər.

Birjanın payı 1 faizdir

Azərbaycanın fond bazarının xüsusiyyətlərindən biri də səhmlərin təkrar bazarının birjadan kənarda, qeyri-şəffaf mühitdə cövlan etməsidir. Məsələn, bu ilin ilk 3 ayında Bakı Fond Birjasında (BFB) ümumi dəyəri 539 min manat olan 352 alqı-satqı müqaviləsi bağlanıb.

Buna da bax:​ Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb

MBNP-nin açıqlamasına görə, təkrar səhm bazarının ümumi həcmi 53 milyon manata yaxın olub. Başqa sözlə, birjada səhm ticarəti onun ümumi dövriyyəsinin 1 faizidir.

Bir neçə il bundan qabaq birjadan kənarda alınıb-satılan səhmlərin adları BFB vasitəsilə açıqlanırdı. Sonralar birja bu məlumatların açıqlanmasını bəlli olmayan səbəblərdən dayandırdı.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button