2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Şəkər 30, mal əti 15% bahalanıb’. Rusiyalıların pulu azalır

Rusiyada dövlətin maliyyələşdirdiyi “VTsIOM” şirkətinin sentyabrda keçirdiyi rəy sorğusunda respondentlərin 21%-i əmanətlərinin Ukraynaya fevral hücumundan sonra azaldığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

34% isə hətta Ukraynaya hücum və onun Rusiya üçün ağır nəticələrindən öncə belə əmanətlərinin olmadığını deyib.

Sorğu iştirakçılarının 39%-ə qədəri əmanətlərinin dəyişikliyə məruz qalmadığını, 5%-i hətta pul ehtiyatlarını artıra bildiyini deyib.

Rəy sorğuları və sosioloji araşdırmaların ciddi məhdudiyyətlər altında keçirildiyi Rusiyada bu cür rəqəmləri dəqiqləşdirmək çətindir. “Raiffeissen Bank”ın fevralın əvvəlində apardığı onlayn rəy sorğusunda respondentlərin 70%-i ümumiyyətlə əmanətlərinin olmadığını bildirmişdi.

Avqustda isə Rusiya hökuməti 2022-ci il üçün iqtisadiyyatın 4,2% azalacağı proqnozunu vermişdi. İqtisadiyyat naziri Maksim Reşotnikov sentyabrın 6-də demişdi ki, bu göstərici 2,9% də ola bilər. Müstəqil iqtisadçı Vladislav İnozemtsevsə yazıb ki, qismən Putinin səfərbərlik əmrinin yaratdığı problemlərə görə ilin sonunadək iqtisadiyyatdakı kontraksiya azı 10% olacaq.

İndiana Universitetindən iqtisadçı Mixail Alekseyev deyir ki, orta statistik rusiyalı üçün kontraksiyanın əsl miqyası müəyyən mənada hərbi xərclərin artması ilə maskalana bilər.

“Bu o deməkdir ki, istehsalatın daha az hissəsi adi istehlakçıların ehtiyaclarına yönəlib. Bunu nəzərə alsaq, vəziyyət daha da dəhşətlidir”, – o deyir.

Akelseyev “VTsIOM”in əmanətlərlə bağlı tapıntıları haqda suala cavab olaraq deyib ki, nəticələrin içində ən narahatedici məqam yaşı 60-dan yuxarı respondentlərin 44%-nin ehtiyatda pulunun olmamasıdır.

“Rusiyada təqaüdlərin nə qədər kiçik olduğunu nəzərə alsaq, bu, əmanətlərdəki ümumi azalmadan daha dəhşətli görünür”, – o deyir.

Melburn Tətbiqi İqtisadiyyat və Sosial Tədqiqat İnstitutunun araşdırmaçısı, iqtisadçı Maksim Ananyev deyir ki, fevralda Prezident Vladimir Putinin Ukrayna üzərinə hücuma başlamasından bəri istehlak qiymətlərinin artması Rusiya üçün problemə çevrilib.

“Rosstatın (Rusiya dövlət statistika agentliyi) məlumatına görə, yanvardan bəri şəkər 30%, mal əti 15% bahalanıb. Bunlar lüks məhsullar deyil, insanların demək olar, hər gün aldığı şeylərdir. Bundan əlavə martda biz istehlakçı panikasının şahidi olduq. İnsanlar konservləşdirilmiş qidalar və s. alıb yığmağa tələsdilər. İnsanlar əmanətlərini o zaman işlətdilər və sonra onları bərpa etməyə imkanları olmadı”, – Ananyev deyir.

İqtisadçı deyir ki, “VTsIOM”un rəy sorğusundan bəri üç mühüm hadisə baş verib. Onların təsirləri hələ müşahidə olunmalıdır. Səfərbərlik, Avropaya gedən “Şimal axını” qaz kəmərini sıradan çıxaran partlayışlar və Avropa İttifaqının Rusiya neft və qaz qiymətlərinə məhdudiyyət qoyan yeni sanksiya paketi qəbul etməsi.

Ananyevin sözlərinə görə, bu analoqsuz hadisələrin təsirlərini proqnozlaşdırmaq çətindir, ancaq rahatlıqla “pul azalacaq” deyə bilərik.

“Sergey Guriyev və Oleq İtsxoki kimi iqtisadçılar deyirlər ki, indi hər bir dollar müharibəni maliyyələşdirməyə gedəcək. Onlarla razılaşıram. Ancaq hətta hökumət gələn hər dolların bir hissəsini iqtisadiyyatın dəstəklənməsinə xərcləməyə çalışsa belə, yenə də pul seziləcək dərəcədə az olacaq”, – Ananyev deyir.

“İrəlidə nələrin baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Ancaq ümumən üfüqdə yaxşı bir şeyin görünmədiyini deyə bilərik”, – o vurğulayır.

24 saat” “
‘Şəkər 30, mal əti 15% bahalanıb’. Rusiyalıların pulu azalır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button