2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şəki sakini işıq dirəyinin altında qaldı

Şəkidə 49 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX)  verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini, 1968-ci il təvəllüdlü Qabil Camal oğlu Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, 49 yaşlı Qabil Səlimovun üzərinə ağac materialından olan işıq dirəyi düşüb. Qabil Səlimovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Böyük Dəhnə kəndi ərazisində qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Saytların yığılması Saytlarin yigilmasi

APA

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button