2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şəkidə cüyür ovlayan ata-oğul saxlanıldı – REYD

3 dekabr 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Şəki rayon Baş Kəldək kəndinin dağlıq meşə ərazisində birgə keçirdikləri reyd zamanı qanunsuz cüyür ovlanması faktı aşkar edilib.

Nazirlikdən bildirilib ki, reyd zamanı meşə ərazisində “Niva” markalı 55 BD 533 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı başı boğazından kəsilmiş, dərisi soyulmuş, çəkiləri 9 və 13 kiloqram olan 2 baş cüyürün əti və 2 ov tüfəngi aşkar edilərək maddi sübut kimi götürülüb.

Araşdırma zamanı qanun pozucularının Şəki rayon Baş Kəldək kənd sakinləri Dağlar Hüseynov, Telman Məmmədov və oğlu Alim Məmmədovun olduğu müəyyən edilib. Təqsirkar şəxslər barəsində protokollar tərtib olunub və hazırda onların məsuliyyətə cəlb edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button