2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq öldü

Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Saytların yığılması Saytlarin yigilmasi

Məlum olub ki, 5 yaşlı M. Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan “Neasidol” kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.

 

Həkimlərin səylərinə baxmayaraq, M. Qafarov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button