2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Şəklə nə qədər diqqətlə baxsam da, orada Eldar Sabiroğlunu görə bilmədim”

Siyavuş Novruzov: “Əbülfəz Elçibəyin rəsmi şəkildə üç vəkili olub”
“Bunlar Adil Minbaşov, Aydın Kərimov və Məmməd Zeynalovdur”

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu mərhum prezidentlər Heydər Əliyevlə Əbülfəz Elçibəy arasındakı məhkəmə prosesində çəkilən şəkli redaksiyamıza təqdim edərək söylənilənlərin əksinə olaraq məlum məhəmə prosesində iştirak etdiyini bildirib.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov həmin şəkli E.Sabiroğlunun iddiasını təsdiqləyən fakt kimi qəbul etmədiyini bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən həmin şəklə nə qədər diqqətlə baxsam da, orada Eldar Sabiroğlunu görmədim. Bir daha qeyd edirəm ki, o, Heydər Əliyevin vəkili olmayıb.

Əbülfəz Elçibəyin vəkillərinə gəlincə, onun rəsmi şəkildə üç vəkili olub. Bunlar Adil Minbaşov, Aydın Kərimov, bir də Məmməd Zeynalovdur. Onu rəsmi şəkildə bu üç adam təmsil edib. Kimlərinsə məhkəmə prosesində iştirak etməsi onların prosesə vəkil kimi qatıldığını söyləməyə əsas vermir. Ortada məhkəmə sənədləri var və hər kəs bu sənədlərlə tanış olub əsl həqiqəti aydınlaşdıra bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button