2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Səlim Müslümova qarşı ittiham: “Şəhid ailələrinin ev pulları mənimsənilib”

Yayımlandı: 29 Avqust 2022 20:06

Keçmiş nazirin işi ilə bağlı dindirmələr başlayır

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda ev dustaqlığında olsa da, məhkəməsi keçirilir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Saytların yığılması Saytlarin yigilmasi

27 milyon manatlıq mənimsəmə, israf etmə, rüşvət alma kimi əməllərdə təqsirləndirilən sabiq nazir haqqında ittiham aktının nəticəvi hissəsi – ittihamların nədən ibarət olması 107 səhifədir. Prokuror ötən məhkəmə iclasından başlayaraq, ittihamda yazılanları elan edir.

Avqustun 29-da ittiham aktının elanı davam etdirilib. Ötən dəfə elan olunan hissədə Səlim Müslümovun nazirliyin tabeliyində olan qurumların (Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Əmək Müfəttişliyi Xidməti və s.) müxtəlif rayonlar üzrə rəhbər şəxslərinin təyin olunması, onların vəzifədə saxlanması üçün külli miqdarda rüşvət alıb. Həmçinin nazirliyin tabeliyində olan, əlillər üçün sanatoriyalar və s. müəssisələrin binalarının təmiri, tikintisi zamanı qiymətlərin şişirdilməsi və s. yollarla külli miqdarda mənimsəmədən bəhs olunurdu.

İttiham aktının avqustun 29-da elan olunan hissəsində isə əsasən, şəhid ailələri və Qarabağ əlilləri üçün fərdi yaşayış evlərinin tikintisilə bağlı müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınmasından söhbət gedirdi. Rüşvət müqabilində həmin şirkətlər qalib elan edilib, onlara köçürülən vəsaitlərin bir qismi geri alınıb və s. Hətta bəzi hallarda büdcədən vəsait ayrılsa da, evlər tikilməyib. Lakin rəsmi sənədlərdə tikintinin başa çatdırıldığı göstərilib.

Məhkəmə prosesi sentyabrın 5-də ittiham aktının elanı ilə davam edəcək. Ardınca Səlim Müslümovun ittihama münasibəti – özünü təqsirli bilib-bilmədiyi məlum olacaq. Ardınca dindirmələr başlayacaq.

Səlim Müslümova qarşı ittihama əsasən, mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə 27 milyon manat ziyan dəyib. Sabiq nazir bunun 20 milyonunu istintaq dövründə ödəyib və ev dustaqlığına çıxıb.

Səlim Müslümov məhkəmənin binasından gizli şəkildə arxa qapıdan çıxıb ki, jurnalistlər onu görməsin. O, həmçinin tanınmamaq üçün başına papaq qoyub. 10-XC-013 nömrəli avtomobil məhkəmənin arxa qapısına gəlib və Səlim Müslümov vəkilləri və qohumlarının əhatəsində tez avtomobilə əyləşərək uzaqlaşıb.

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.

2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb.

Səlim Müslümov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button