2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Səlim Müslümovdan bircə mühərrikli əlil arabası istəyirəm” – Birinci qrup əlil

Onu N.Nərimanov metrosunun yaxınlığında hamı tanıyır. Onu tanıyanlar Elşəni görəndə ona kömək əllərini uzadırlar. Söhbət birinci qrup əlil Bakı şəhər sakini Balakişiyev Elşən Xankişi oğlundan gedir. Onunla mən də iki ilə yaxındır ki, tanışam. Bu gün onun mobil telefonuma yazdığı mesajdan sonra görüşdük. Problemi var  və danışmaq istədiyini dedi:

“Bacımın köməkliyi ilə əlil arabama…”
“1968 – ci ildə Bakıda doğulmuşam. Amma yaxınlarımın dediyinə görə şikəst doğulmuşam. Boynum üstümdə qalmırmış. Həkimlər müailcəmə başlayıb və belimdən onurğa sümüyümdən ilik çəkiblər. Bu isə məni ömürlük şikəst edib. Bundan sonra ayaqlarım da tutulub. İndi ancaq bacımın köməkliyi ilə əlil arabama minib düşürəm. Qollarımda da problem olduğu üçün arabanı da sürməkdə çətinlik çəkirəm.
“Anam Maştağadakı ruhi əsəb dispanserində…”
Aylıq təqaüdüm 132 manatdı. Bununla heç dolanmaq mümkün deyil. Anam Balakişiyeva Əsmayə Həsən qızı Maştağadakı ruhi əsəb dispanserində qalır. Elə ömrülük də orda qalasıdı. Bir taksi sürən tanışım var, onunla hər həftə anama dəyməyə gedirəm. Sizinlə görüşməkdə məqsədim odur ki, mənim istəyimi yuxarılara çatdırmağınızı xahiş edim. Bu əlil arabası ilə çox əziyyət çəkirəm. Çünki bunu əllə idarə etməlisən, amma mənim qollarımda problem olduğu üçün əziyyət çəkirəm. Gücüm çatmır sürməyə.
“Çox pis vəziyyətdəyəm…”
Bir dəfə imkanlı şəxslərdən biri mənə mühərrikli əlil arabası hədiyyə etmişdi. Onu beş il sürdüm. Çox rahat idi. Beş ildən sonra, xarab oldu. Ustalar onu təmir edə bilmədilər. Sizin vasitənizlə Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümova müraciət edirəm. İmkan daxilində mənə mühərrikli əlil arabası verilməsinə yardımçı olsun. Mən rahat gəzə bilim. Nə ayaqlarım, nə də qollarım işləyir. Çox pis vəziyyətdəyəm.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button