2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Səlim Müslümovun işçiləri Göyçayda sosial yardımı belə “verilir” – RÜŞVƏTİN GÖRÜNTÜLƏRİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı narazılıqlar hər zaman üst səviyyədə olub. Xüsusilə ünvanlı sosial yardımların verilməsində neqativ halların çoxluğu, yardımların konkret olaraq rüşvət qarşılığında təyin olunması haqda minlərlə şikayət var.

Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər dəfə konkret fakt göstərilməsini istəyir və bu sahədə az qala inqilabi islahatlara rəvac verildiyindən dəm vurur. Onlar bu nağıllarla baş qatmaqlarında olsunlar, sizə kimdən deyim, kimdən danışım – Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin müdiri Aqşin Qafurovdan…

Xatırladaq ki, bir neçə gün öncə Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzində vətəndaşdan rüşvət istənilməsini əks etdirən görüntülər yayılıb.
Savash.org-un elektron ünvanına göndərimiş yeni videogörüntülərdə isə rüşvətin məhz Aqşin Qafurovun göstərişi ilə istənilməsindən, bankomatların birindən ünvanlı yardım üçün ayrılmış kartlar vasitəsilə bir şəxsin küllü miqdarda pul çıxartması öz əksini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org Savash.org saytına istinadən heç bir əlavə şərh vermədən həmin görüntüləri təqdim edir. Ümid edirik ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu rüsvayçı videofaktla bağlı susqun qalmayacaq.


Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button