2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səməd Seyidov: ”AŞPA-nın qərarı ilə şərəf duyuram”

Azərbaycan parlamenti Səməd Seyidovun müdafiəsinə qalxdı

 

“Bu qərar bir insan kimi mənim üçün asan deyil. Uzun illərdir Avropada fəaliyyət göstərmişəm, indi ədalətsiz bir qərarla üzləşmişəm”.

Milli Məclisin plenar iclasında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov belə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

 

Deputat sanksiya ilə əlaqədar həmkarlarının onu müdafiə edən çıxışlarına münasibət bildirib.

“Ancaq bir vətəndaş olaraq bu qərarla şərəf duyuram. Çünki mən dövlətimin milli maraqları uğrundakı fəaliyyətimdə bununla rastlaşmışam. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq olunur?! Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP layihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətidir və heç kim bunu sarsıda bilməz”.

Deputat Siyavuş Novruzov bildirib ki, olmayan məsələləri Azərabycan nümayəndə heyətinin üzərinə yazırlar.

“İslam dinində buyurulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz də nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik. Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə hətta, lobbiçiliklə bağlı qanunlar da var” – S.Novruzov əlavə edib.

Deputat Fəzail İbrahimli bildirib ki, bu qərar Azərbaycandakı sabitliyə qarşı qısqanc yanaşmanın nəticəsidir.

.
“Həmkarım Səməd Seyidovun hədəf seçilməsinin səbəbi isə odur ki, o, avropalılarla Avropanın öz dilində danışırdı, ölkəmizin maraqları uğrunda mübarizə aparır, sözünü deyirdi”.

Deputat Əli Hüseynli bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin maraqları Dağlıq Qarabağ məsələsini daim diqqətdə saxlamaq və Ermənistanı ifşa etməkdən ibarət olub.

“Səməd Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda heç bir günahı olmadığı halda, ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov qanunsuz cəzalanıb. Bu, AŞPA-ya başucalığı gətirmir”.

Deputat Asim Mollazadə son vaxtlar Avropada “Səlib yürüşü” prosesinə start verildiyini deyib:

“İnformasiya müharibəsi gedir, Azərbaycan və Türkiyə hədəfdədir. Avropa Şurasının araşdırma komissiyası yazır ki, Səməd Seyidovun heç bir günahı yoxdur, amma sonda onu cəzalandırırlar. Səməd Seyidovun günahı var. Onun günahı Türkiyəni müdafiə etməsi, Serj Sarksiyana qarşı sərt mövqe nümayiş etdirməsidir”.

Spiker Oqtay Əsədov bildirib ki, bu, Azərbaycana qarşı ilk sankiya deyil:

“Bundan əvvəl Avropa Şurasının alt komitələrinin iclaslarının iki il ərzində Azərbaycanda keçirilməməsi barədə də sanksiya qəbul olunmuşdu. Bir il sonra özləri peşman oldular. Dedilər gələk, iclaslarımızı keçirək. Mən dedim ki, yox, ehtiyac yoxdur, bizə qaşı sanksiya qərarınız var. İndi belə bir qərar qəbul edilib. Qərar ondan ibarətdir ki, Səməd Seyidova seçkili orqanlara seçilmək icazəsi verilməyəcək. Heç iştirak etməsin. Nə var burda? Səməd Seyidov bizim mübariz deputatımızdır, öz fəaliyyətini bir az da gücləndirəcək”.

Qeyd edək ki, mayın 16-da AŞPA Prosedur Qaydaları Komitəsinin Səməd Seyidov da daxil olmaqla dörd deputata qarşı sanksiyaların tətbiqi barədə məlumat yayıb.

Həmin deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər. Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irəli sürə bilməzlər:

Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır.

S.Seyidova qarşı sanksiya 2 il müddətinə tətbiq edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button