2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Səməd Seyidov: “Ukraynalı deputatlar əleyhimizə səs verməklə, Ukraynanın əleyhinə səs vermiş oldular”

Milli Məclisdə Ukraynadan olan deputatların Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səs verməsi məsələsi müzakirə olunub.

APA-nın məlumatına görə, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışı zamanı bildirib ki, ukraynalı deputatların hərəkəti təəssüf doğurur.

“Burada daha çox diqqət çəkən məqam Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsidir. Bilirsiniz ki, Azərbaycan-Ukrayna münasibətləri prezident Pyotr Poroşenkonun Bakıya səfərindən sonra yüksələn xətt üzrə inkişaf edir. Bu gün o deputatlar Azərbaycan əleyhinə səs verməklə, elə Ukraynanın öz əleyhinə səs verdilər. Orada “Pyotr Poroşenkonun Bloku”ndan olan deputatlar səsvermədə iştirak etmədilər, digər deputatlar əleyhimizə səs verdilər. Buna təəssüf edirəm”, – deyə S. Seyidov qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Spiker Oqtay Əsədov S. Seyidova Ukrayna ilə bağlı fikirlərinə şərik olduğunu bildirib: “Maraqlıdır ki, Poroşenkonun tərəfdarı olan deputatlar ümumiyyətlə bitərəf qaldılar, səsvermədə iştirak etmədilər”.

Ukrayna ilə parlamentlərarası İşçi Qrupunun rəhbəri Rüfət Quliyev isə bildirib ki, qrupun Ukraynadan olan rəhbəri Maksim Kuryaçiy ilə danışıb: “O mənə söz verdi ki, gələn həftə işçi qrupunun üzvləri bununla bağlı bəyanat verəcəklər. Hansı formada verəcəklər, ona baxacağıq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button