2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Səməd Seyidov:”Heç vaxt ermənilərlə görüşlərdən çəkinməmişik”

Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistanın bu qurumdakı nümayəndə heyətinin üzvləri ilə görüşün ola biləcəyi ilə bağlı xəbərlərə münaisibət bildirib.

24saat.org  xebər verir ki, S.Seyidov “Report”a açıqlamasında bildirib ki, Azərbaycan tərəfi heç vaxt bu cür görüşlərdən yayınmayıb: “Söhbət ötən sessiyada AŞPA-nın sədri Pedro Aqramuntun Azərbaycan və Ermənistan nümayəndə heyətinin rəhbərləri ilə ayrı-ayrı keçirdiyi görüşlərindən gedir. Biz Azərbyacan tərəfi olaraq heç vaxt görüşlərdən çəkinməmişik, əksinə, görüşlərin təşkil olunmasının tərəfdarı qismində çıxış etmişik. Dəfələrlə Avropa Şurasında bu istiqamətdə bəyanatlar vermişik. Ermənistan isə həmişə bu istiqamətdə öz mövqeyini mənfi şəkildə göstərib. İndi isə belə bir təşəbbüs AŞPA-nın sədrindən gəlib”.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Azərbaycan yenə də öz mövqeyində qalır: “Əgər görüş təşkil olunacaqsa, biz orada iştirak etməkdən heç də qaçmırıq. Ermənilər isə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparıldığını əsas gətirərək Avropa Şurasında belə bir görüşlər keçirilməsini əhəmiyyətinin olmadığını deyirlər. Mən bu fikirlə razı deyiləm. Hesab edirəm ki, hər bir görüş bizim üçün vacib və əhəmiyyətlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü Ermine Naqdalyan Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyəti görüş üçün ilkin razılıqların əldə olunduğunu deyib. Görüşün baş tutacağı təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button