2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şəmkirdə toyda dava: qonşular düşmən oldu

Şəmkirin Keçili kəndində qonşunun qonşu tərəfindən döyülməsinin təfərrüatları məlum olub.

Kəpəz TV (Region TV) xatırladır ki, kənd sakini, 57 yaşlı Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralıya dərhal yardım göstərildikdən sonra palataya yerləşdirilib. Həkimlər Əliqazax Süleymanovun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Həkim Anar Qasımov deyib: “Şöbəmizə Süleymanov Əliqazax sol altıncı qabırğanın sınığı diaqnozu ilə müraciət edib. Xəstəyə yardım göstərilib, hazırda stasionar müalicədədir. Söyləməsinə görə, döyülərək xəsarət alıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliqazax Süleymanovu qonşuları Qabil Qasımov və oğlu Böyükkişi Qasımov döyüb. Belə ki, qonşular birlikdə toyda yeyib-içdikdən sonra evlərinin qarşısında zarafat ediblər. Bundan sonra isə qonşular arasında mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button