2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şəmkirin keçmiş icra başçısı həbs edilib

Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu barədə “Turan”a Səbail rayon Məhkəməsindən məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, Səbail rayon Məhkəməsində aprelin 28-də istintaq orqanın təqdimatına baxılıb və təqdimat təmin edilib.

A.Məmmədovun Cinayət Məcəlləsinin (CM) 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma) maddələri ilə ittiham olunduğu bildirilir.

A.Məmmədovu aprelin 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı deyilirdi. Amma bununla bağlı DTX, hələlik, hər hansi rəsmi açıqlama yaymayıb.

Həbs və qeyd edilən ittihamlara keçmiş başçıdan da ayrılıqda hər hansı münasibət almaq mümkün olmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə o, dünən, aprelin 27-də Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. A.Məmmədov 2014-cü ildən bu vəzifəni tuturdu. Daha əvvəl vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

24 saat” “Şəmkirin keçmiş icra başçısı həbs edilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button