2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Sən kimsən, Zakir Fərəcov və ya Sumqayıtı necə şumlayırlar…

Mətləb Mütəllimli
Sosial Ədalət partiyasının sədri

6-cı yazı

Sumqayıtı tanımayanlar…

Bir çoxları kimi, mənim də şüurlu həyatımın böyük bir hissəsi Sumqayıt şəhəri ilə bağlı olmuşdur. Bu gənclər şəhərini 1967-ci ildən tanımış və o vaxtdan da çox sevmişəm. Buna baxmayaraq, bir dəfə, 1992-ci ildə bu şəhərə rəhbərlik etmək mənə də təklifi olmuş, lakin mən bu təklifdən imtina etmişəm. Fikirləşmişəm ki,hüquqşunas hara, sənaye şəhərini idarə etmək hara ? Mənim düşüncəmə görə, bu sənaye şəhərinə ya yaxşı rəhbərlik etməlisən,ya da heç etməməlisən. İndiki kimi, küçələri, parkları, yolları satmaqla, şəhərin büdcəsini basıb yeməklə ona rəhbərlik etməyə nə var ki? Sumqayıt şəhərinin saf insanları ölkənin müxtəlif rayonlarından,bölgələrindən gəlmiş yığma bir komandadır.Onlar sadə olduqları qədər də zəhmət sevərdilər, mərddirlər, təmizdirlər, mübarizdilər, lazım olan anda qorxmazdırlar. Çox güman ki, gənc nəsil xatırlamaz, bu gənclik şəhərinin sakinləri iki dəfə kütləvi ayağa qalxmış, görünməmiş formada sovet hakimiyyətinə üsyan etmişdir.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci üsyan

İlk dəfə bu hadisə 1963-cü ildə baş vermişdi. O illərdə bütün SSRİ-də,o cümlədən, Azərbaycanda çörək qıtlığı yaranmışdı. Digər rayon və şəhərlər hakimiyyətin bu səriştəsizliyinə dözsə də, Sumqayıt sakinləri dözmədi , ayağa qalxdı , hakiiyyətə qarşı üsyan etdi, hətta, “ xalq düşməni” elan edilmiş Stalinin portretlərini etiraz mitinqlərində qaldırdılar . Belə bir hal 70 il hökm sürmüş sovet hakimiyyəti dönəmində qeyri-adi hadisə idi və hakimiyyət dərhal bu hadisənin qarşısını zor gücünə almağa çalışdı , şəhər rəhbərliyi hərbi komissarın əli ilə etirazçıların üstünə hərbçiləri qaldırdı. Etirazçılar bundan daha da qəzəbləndilər və hərbi komissara , hərbçilərə ciddi xəsarətlər yetirdilər. Yalnız bundan sonra hakimiyyət vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu anladı və etirazçılara güzəşdə getdi,tələblərini dərhal yerinə yetirdi.

İkinci üsyan

İkinci belə hal isə, 30 il bundan əvvəl, 1988-ci ildə baş verdi. Xankəndində 2 gənc azərbaycanlının milli zəmində ermənilər tərəfindən öldürülməsi və hakimiyyətin qətiyyətsiz mövqeyi Sumqayıtlıları yenə ayağa qaldırdı. Bu dəhşətli hadisələrin canlı şahidlərindən biri də mən idim və insanların necə qəzəbinin püskürdüyünün canlı şahidi oldum. O vaxt da bu etiraz hərbçilərin əli ilə zor gücünə yatırıldı, neçə-neçə gənc tankların tırtılları altına salındı, haqqı müdafiə edən insanlar kütləvi qanunsuzluğa məruz qaldı .O vaxt xalqın etiraz dalğası zor gücünə dağıdılsa da, sumqayıtlılar cəsarət nümayiş etdirdilər,bir daha öz mübariz olduqlarını nümayiş etdirdilər.

Təhlükə həmişə var
Bu ilin iyul ayında da,Gəncə hadisəsindən sonra, Sumqayıtşəhərində də yeni iğtişaş haqqında söz söhbət gəzirdi. Yaxşı ki, ciddi, təhlükəli bir hadisə baş vermədi, ölüm -itim olmadı. Bir müddət Bakıdan kənarda olsam da,Gəncə hadisələrini diqqətlə izləyir, sosial şəbəkələrdə gedən materiallarla mütəmadi tanış olurdum. Bəlkə də bu qeydlər kimlər üçünsə maraqsız , mövzudan kənara çıxmaq hesab edilə bilər. Əslində isə, bu xatırlama ona görə zəruridir ki, yalnız şəxsi mənafeyini güdən Sumqayıt şəhərinin keçmiş və indiki rəhbərləri hər an yadda saxlamalıdır ki, onların törətdikləri özbaşınalıqlar, qanunsuzluqlar bir gün şəhər sakinlərinin səbir kasasını daşdıra bilər. Necə ki,bu Gəncə şəhərində baş verdi və ilk baxışda çox qəribə olsa da, çoxları tərəfindən rəğbətlə qarşılndı.
(Ardı var)
Ağa nəzərəm,belə gəzərəm.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button