2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Sən məni heç vaxt görməmisən…” – Təxris olunan əsgərə məktub

Əsgər H.Əmənova yollanmış əsgər məktubunuModerator.az – a təqdim edib.

Məktubda bir gənc qız tərəfindən öz əsgər qardaşlarına yazılmış məktubda təsirli məqamlar var. Xatırladaq ki, məktub əsgərimizə aprel döyüşləri ərəfəsində verilib.
 
Məktubda deyilir:
“Salam qardaşım! Necəsən? Neyləyirsən? Ordakı yeməklər ananın yeməkləri kimi dadlıdırmı? Darıxmırsan ki, qardaşım? Darıxma, ora darıxılası yer deyil. Mən bu məktubu yazarkən çox sevindim. Bizə deyildi ki: “siz əsgərlərə məktub yazacaqsınız”. Mən o an tez evə gəlmək istəyirdim ki, məktubu həmin dəqiqə yazım. Mən müəllimlərimi çox sevirəm. Onlara təşəkkürlərimi bildirirəm ki, mənə bilik öyrədirlər. İnş Allah mən də böyüyəndə müəllimə olacam. Ana vətənimin övladlarını gözəl, savadlı, bir şəxsiyyət kimi yetişdirəcəm. Sən məni heç vaxt görməmisən, elə mən də səni. Amma, mən səni və ordakı bütün əsgərlərimizi öz qardaşım kimi çox istəyirəm.
Mənim də qardaşım var. O da 9 – cu sinifdə oxuyur. İnş Allah gələcəkdə o da əsgər gedəcək. Bilirəm ki, indi siz səngərdə düşmənlə üzbəüz dayanmısınız. Bəlkə də sizin bu məktubu oxumağa çox vaxtınız yoxdu. Amma, yenə də mən inanıram ki, siz düşmənlərdən qorxmursunuz və biz çox tez bir zamanda qalib gələcəyik. Biz hər gün məktəbdə himnimizi oxuyuruq. Himnimizdə xoşuma gələn bir yer var. Bilirsən hansı yerdi? “Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!”. Mənim atam da zabit olub. Atam da o çətinlikləri görüb və yaşayıb. Mən çox şansılayam ki, Azərbaycan ordusu kimi ordumuz var. Hər zaman bizi qoruyan bir ordumuz var. Mən istəyirəm ki, Azərbaycanımızın üç rəngli bayrağı Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Ağdamda dalğalansın. Bunu da siz əsgərlər edəcəksiniz. Ata – ana səni mərd, qürurlu bir övlad kimi böyüdüb. Onların əlindən öpürəm. Unutmayaq ki, əsgər, gecələr biz isti yatağımızda rahat yatırıqsa, ürəyimiz istədiyi kimi həyatda hərəkət ediriksə, bu məhz səngərdə, posta soyuq, isti demədən silah əlində vətəni qoruyan əsgərlərimizin, zabitlərimizin sayəsindədir.
Səngərdə yatırsan, yastığın torpaq,
Üstündə yorğanın çiskin qardaşım.
Qorxma, dayağındır vətənin inan,
Mərd ol, mətin ol əsgər qardaşım.
Sən bizim nurlu sabahımızsan. Tək ümid sənsən Azərbaycan əsgəri. Allah səni qorusun Azərbaycan əsgəri. Deyəsən çox yazdım. Bu məktubu yazmaqla bitməz. Onda gəl, sağollaşaq. Sənə məktub yazmaq mənim üçün ən böyük şərəfdir. Əziz qardaşın, səndən bir şey istəyirəm. Xahiş edirəm ki, mənə cavab yaz. Çünki, mənim sənə bəzi suallarım olub. Həm də bilmək istəyirəm ki, mənim məktubum kimə, hansı əsgərə çatacaq. Sənin də evdə gözləyənlərin var. Onlara qovuşmaq diləyi ilə hələlik qardaşım…”.
 
Hörmətlə: Xankişiyeva Aytac

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button